• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şirkətlərin vəzifəli şəxslərinin əməlləri ifşa edilib

    Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şirkətlərin vəzifəli şəxslərinin əməlləri ifşa edilib

     

    Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şirkətlərin vəzifəli şəxslərinin əməlləri ifşa edilib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir. Məhz bu sahədə aparılan islahatların müsbət göstəricisi kimi ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılmasına nail olunub. Eləcə də dərman vasitələrinin beynəlxalq keyfiyyət standartlarının tələblərinə uyğun hazırlanması, istehsalı və satışı ilə bağlı hüquqi presedurların təkmilləşdirilməsi yönündə məqsədyönlü dövlət tədbirləri həyata keçirilir.
    Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla belə ölkənin səhiyyə sisteminin ayrılmaz qolu olan əczaçılıq sahəsində bir sıra sahibkarlıq subyektlərinin daha çox gəlir əldə etmək üçün qeyri-leqal fəaliyyətlə məşğul olmaları, habelə gizli iqtisadi fəaliyyətin nəticəsi kimi vergidən yayınma və digər qanunsuz yollarla ölkədə qeyri-bərabər rəqabət mühiti formalaşdırmaları bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərməklə yanaşı, əhalinin sağlamlığına ciddi təhlükə yaradır. Son dövrlər belə qanunsuz fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən keyfiyyətsiz, mənşəyi məlum olmayan, dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin qanunsuz dövriyyəsinin həyata keçirilməsi əhalinin haqlı narazılığına səbəb olub. Bu barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
    Həmin tədbirlər çərçivəsində Bakı şəhəri ərazisində 11 ünvana, o cümlədən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan “Sanimed” və “Epidbiomed” Məhdud Məsuliyyətli cəmiyyətlərin inzibati binalarına, onlara məxsus anbarlara, aptek şəbəkələrinə, yaşadıqları mənzillərə, habelə dərman vasitələrinin qanunsuz satılması prosesində iştirak etmiş bəzi həkimlərin iş otaqlarına baxış keçirilib, qanun pozuntularını törədən şəxslərin əməlləri ifşa edilib.
    Toplanmış materiallar əsasında aprelin 27-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
    İlkin istintaq materialları ilə müəyyənləşib ki, “Sanimed” MMC-nin faktiki rəhbəri Nağıyev Müşfiq Mikayıl oğlu Cəmiyyətin satış şöbəsinin müdiri Orucov Hafiz Zülfüqar oğlu, satış təmsilçisi Kərimov Asim Rasim oğlu, “Epidbiomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə dəyəri təqribən 1 milyon manatdan çox olan orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər. Rəhbərlik etdiyi şirkətin əməkdaşları vasitəsilə dövlət və özəl müəssisələrdə çalışan 100-ə yaxın həkimlərlə razılaşıb müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha çox həcmdə təyin olunması üçün onlara mütəmadi qaydada müxtəlif məbləğlərdə pul verib və idxal etdiyi dərmanların bu cür qanunsuz yolla külli miqdarda satılmasına nail olublar. Bu hal, öz növbəsində, kütləvi surətdə vətəndaşların sağlamlığının qorunması, bərpası və xəstəliklərinin müalicəsi üçün keyfiyyətli və təhlükəsiz dərman vasitələri almaq hüquqlarını məhdudlaşdırmaqla onların qanunla qorunan mənafelərinə mühüm zərər vurub.
    Bundan başqa, həmin müəssisələrin vəzifəli şəxslərinin uzun müddət ərzində mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçirilməyən dərman preparatlarını ölkəyə gətirib satışını təşkil etmələri müəyyənləşib. Belə ki, müəssisələrin inzibati binalarında, ofislərində və apteklərində aparılmış axtarışlar zamanı mənşəyi məlum olmayan və ya dövlət qeydiyyatından keçirilməmiş 38 min manat dəyərində 37 adda, 15 min 385 qutu dərman preparatları aşkarlanıb dövriyyədən çıxarılıb.
    Habelə, istintaq-əməliyyat tədbirləri zamanı 9 adda əhalinin müəyyən təbəqələrinə pulsuz verilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına ayrılmış 51 qutu dərman vasitələrinin qanunsuz satışının həyata keçirilməsi müəyyən edilmiş, hazırda həmin dərmanların hansı yolla əldə edilərək satışının təşkil olunması araşdırılır.
    Bu qanun pozuntularının törədilməsi həmin vəzifəli şəxslərin özlərinin ifadələri ilə yanaşı, şahid ifadələri, şirkətlərin fəaliyyət göstərdiyi ünvanlardan aşkar edilmiş dərman vasitələri, ayrı-ayrı həkimlər tərəfindən pasiyentlərə dərmanların təyin edilməsi müqabilində mütəmadi olaraq aylıq 50-1000 manat məbləğində pulların verilməsi barədə yazılı qeydləri özündə əks etdirən dəftərlər, dərman vasitələrinin dövriyyəsinə dair “qara mühasibatlıq” sənədləri, eləcə də “Epidbiomed” MMC-nin fəaliyyət göstərdiyi ofisdən mühasibatlıqdan gizlədilməklə kassaya mədaxil edilməmiş milli və xarici valyutada 138 min manat məbləğində pul vəsaiti, digər maddi sübutlar və istintaq sənədləri ilə təsdiqlənib.
    Toplanmış ilkin sübutlar əsasında Müşfiq Nağıyevə, Hafiz Orucova, Asim Kərimova, Namiq Əliyevə və Kamal Məmmədova Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2-ci və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
    Hazırda cinayətin törədilməsində iştirakı olan bütün şəxslərin dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
    Bu növ qanunazidd əməllərə məruz qalmış vətəndaşlardan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:26 Gədəbəy, Daşkəsən, Şəmkir və Samux məktəbliləri Masallıda
    2. 18:32 İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Prezidentin Sərəncamı
    3. 16:24 Prezidentin Sərəncamı ilə Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib
    4. 16:18 Prezidentin Sərəncamı ilə Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib
    5. 15:35 Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Komitəsinin prezidentini qəbul edib
    6. 15:29 Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub
    7. 15:16 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Masallıda vətəndaşları qəbul edib
    8. 22:13 Masallı məktəblilərinin Nizami yurdu ilə tanışlığı Heydər Əliyev Park Kompleksindən başlayıb
    9. 22:02 Masallıda Nadir Ağayevin xatirəsinə həsr olunmuş respublika turniri keçiriləcək
    10. 17:23 Masallı RİH başçısının Həsənli ərazisində görüş-qəbulu
    11. 16:15 Prezident İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib
    12. 14:31 Masallı məktəbliləri ölkəmizin Qərb bölgəsinə yola düşüblər
    13. 21:40 Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri Peter Pelleqrini ilə təkbətək görüşü olub
    14. 17:02 Masallıda “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirilib
    15. 21:36 Masallı taekvondoçuları Dağıstanda 2 qızıl, 1 bürünc medal qazanıblar
    16. 20:23 Prezident İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib
    17. 20:09 Prezident İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    18. 21:53 “Skalper” Xəstələrə Yardım” İctimai Birliyi Masallıda tədbir keçirib
    19. 16:58 Prezident İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    20. 16:03 Masallıda Dövlət Bayrağı Günü və Konstitusiya Günü qeyd olundu
    21. 15:10 Masallı RİH başçısının Qarğalıq ərazisində səyyar görüş-qəbulu
    22. 22:54 Biləsuvar Regional Mədəniyyət İdarəsinin incəsənət nümayəndələri Masallıda
    23. 22:16 Birinci vitse-prezident Mehriban Əliyeva Şüvəlan qəsəbəsində “Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak edib
    24. 15:48 Masallı Dövlət Regional Kollecində Bayraq Günü qeyd edilib
    25. 14:25 Prezident İlham Əliyev “Bravo” supermarketlər şəbəkəsinin yeni hipermarketinin açılışında iştirak edib
    26. 14:11 Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    27. 17:27 Masallının incəsənət ustaları Astarada
    28. 18:05 Prezident İlham Əliyev Ağdam rayonuna səfərə gəlib
    29. 18:01 Prezident İlham Əliyev Fələstinin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    30. 17:58 Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    31. 15:55 Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
    32. 14:06 Masallılı idmançı İtaliyada tarix yazdı
    33. 20:22 Masallının ləzzətli “Cənub” çörəyi Çaxırlı kəndindədir
    34. 19:35 “Halay” Türkiyədən qastrol səfərindən qayıdıb
    35. 17:19 Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
    36. 17:16 MİLLİ PARKIN MÜBARƏK, QIZILAĞAC!
    37. 18:41 Masallıda zərərli vərdişlərlə mübarizə mövzusunda tədbir keçirilib
    38. 18:23 Masallı RİH başçısının Güllütəpə ərazisində səyyar görüş-qəbulu
    39. 20:14 Masallıda “Qızlarımız təhsildə” layihə iştirakçıları ekskursiyada
    40. 18:17 Masallı taekvondoçusu İspaniyada keçiriləcək şəxsi və klublararası Avropa çempionatına vəsiqə qazanıb
    MİLLİ PARKIN MÜBARƏK, QIZILAĞAC!
    MİLLİ PARKIN MÜBARƏK, QIZILAĞAC!
       MİLLİ PARKIN MÜBARƏK, QIZILAĞAC! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli Ətraflı oxu
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək Lənkəran şəhərində “Ekoloji Tarazlıq” Ətraflı oxu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə Ətraflı oxu
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
     Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcəkAzərbaycan Turizm və Menecment Ətraflı oxu
    Bütün xəbərlər
    «    Noyabr 2018    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    DÜNYA XƏBƏRLƏRİ