• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Baş Prokurorluğun, Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətlərinin birgə məlumatı

    Baş Prokurorluğun, Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətlərinin birgə məlumatı

     

    Baş Prokurorluğun, Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətlərinin birgə məlumatı

     
    Külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstə ifşa edilib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılmasıdır. Dövlətin daim diqqət mərkəzində dayanan bu sahədə aparılan islahatların müsbət göstəricisi kimi ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılmasına nail olunub. Eləcə də dərman vasitələrinin beynəlxalq keyfiyyət standartlarının tələblərinə uyğun hazırlanması, istehsalı və satışı ilə bağlı hüquqi prosedurların təkmilləşdirilməsi istiqamətində məqsədyönlü dövlət tədbirləri həyata keçirilməkdədir.
    Azərbaycan Respublikası Baş Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, bununla belə, səhiyyə sisteminin mühüm sahəsi olan əczaçılıqda bir sıra sahibkarlıq subyektlərinin daha çox gəlir əldə etmək üçün qeyri-leqal fəaliyyətlə məşğul olmaları, habelə gizli iqtisadi fəaliyyətin nəticəsi kimi vergidən yayınmaları və digər qanunsuz yollarla ölkədə qeyri-bərabər rəqabət mühiti formalaşdırmaları bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərməklə yanaşı, əhalinin sağlamlığına ciddi təhlükə yaradır. Son dövrlər bəzi hüquqi və fiziki şəxslər tərəfindən mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçməyən keyfiyyətsiz dərman vasitələrinin qanunsuz dövriyyəsinin həyata keçirilməsi, bəzi vəzifəli şəxslərin bu qanunsuzluqlara şərait yaratması ictimaiyyətdə haqlı narazılıqlara səbəb olub. Belə şəxslərin hüquq mühafizə orqanları tərəfindən görülən ardıcıl tədbirlərdən nəticə çıxarmamaları qeydiyyatsız dərman vasitələrinin qanunsuz idxalının qarşısının alınması istiqamətində kompleks əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsini zəruri edib.
    Aprelin 30-da keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyənləşdirilərək ifşa edilib. Belə ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108 min 819 manat təşkil edən müxtəlif dərman vasitələri aşkarlanaraq saxlanılıb. Yasamal rayonunda yerləşən, Anar Məmmədova məxsus “Zeytun” aptekinə Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkarlanaraq götürülüb. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Zeytun”, “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış, dövlət qeydiyyatından keçməmiş müxtəlif sayda dərman vasitələri aşkarlanaraq dövriyyədən çıxarılıb.
    İlkin istintaqla müəyyən edilib ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən indiyədək satış məqsədilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 faizi miqdarında haqq alıb, dərmanların ölkəyə qeydiyyatsız idxalına, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasına şərait yaradıblar.
    Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Məmmədli Fərman Həmzə oğluna, Xıdırov Vasif Teymur oğluna, Mehtiyev Cəmil Səlim oğluna, Atanur Ateş Adem oğluna, Məmmədov Anar Kamran oğluna, həmçinin Quliyev Əlamət Nazim oğluna müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2-ci, 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2-ci, 206.3.3-cü (qaçaqmalçılıq) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
    Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilərək sərəncama götürülüblər.
    Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:26 Gədəbəy, Daşkəsən, Şəmkir və Samux məktəbliləri Masallıda
    2. 18:32 İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Prezidentin Sərəncamı
    3. 16:24 Prezidentin Sərəncamı ilə Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib
    4. 16:18 Prezidentin Sərəncamı ilə Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib
    5. 15:35 Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Komitəsinin prezidentini qəbul edib
    6. 15:29 Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub
    7. 15:16 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Masallıda vətəndaşları qəbul edib
    8. 22:13 Masallı məktəblilərinin Nizami yurdu ilə tanışlığı Heydər Əliyev Park Kompleksindən başlayıb
    9. 22:02 Masallıda Nadir Ağayevin xatirəsinə həsr olunmuş respublika turniri keçiriləcək
    10. 17:23 Masallı RİH başçısının Həsənli ərazisində görüş-qəbulu
    11. 16:15 Prezident İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib
    12. 14:31 Masallı məktəbliləri ölkəmizin Qərb bölgəsinə yola düşüblər
    13. 21:40 Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri Peter Pelleqrini ilə təkbətək görüşü olub
    14. 17:02 Masallıda “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirilib
    15. 21:36 Masallı taekvondoçuları Dağıstanda 2 qızıl, 1 bürünc medal qazanıblar
    16. 20:23 Prezident İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib
    17. 20:09 Prezident İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    18. 21:53 “Skalper” Xəstələrə Yardım” İctimai Birliyi Masallıda tədbir keçirib
    19. 16:58 Prezident İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    20. 16:03 Masallıda Dövlət Bayrağı Günü və Konstitusiya Günü qeyd olundu
    21. 15:10 Masallı RİH başçısının Qarğalıq ərazisində səyyar görüş-qəbulu
    22. 22:54 Biləsuvar Regional Mədəniyyət İdarəsinin incəsənət nümayəndələri Masallıda
    23. 22:16 Birinci vitse-prezident Mehriban Əliyeva Şüvəlan qəsəbəsində “Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak edib
    24. 15:48 Masallı Dövlət Regional Kollecində Bayraq Günü qeyd edilib
    25. 14:25 Prezident İlham Əliyev “Bravo” supermarketlər şəbəkəsinin yeni hipermarketinin açılışında iştirak edib
    26. 14:11 Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    27. 17:27 Masallının incəsənət ustaları Astarada
    28. 18:05 Prezident İlham Əliyev Ağdam rayonuna səfərə gəlib
    29. 18:01 Prezident İlham Əliyev Fələstinin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    30. 17:58 Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    31. 15:55 Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
    32. 14:06 Masallılı idmançı İtaliyada tarix yazdı
    33. 20:22 Masallının ləzzətli “Cənub” çörəyi Çaxırlı kəndindədir
    34. 19:35 “Halay” Türkiyədən qastrol səfərindən qayıdıb
    35. 17:19 Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
    36. 17:16 MİLLİ PARKIN MÜBARƏK, QIZILAĞAC!
    37. 18:41 Masallıda zərərli vərdişlərlə mübarizə mövzusunda tədbir keçirilib
    38. 18:23 Masallı RİH başçısının Güllütəpə ərazisində səyyar görüş-qəbulu
    39. 20:14 Masallıda “Qızlarımız təhsildə” layihə iştirakçıları ekskursiyada
    40. 18:17 Masallı taekvondoçusu İspaniyada keçiriləcək şəxsi və klublararası Avropa çempionatına vəsiqə qazanıb
    MİLLİ PARKIN MÜBARƏK, QIZILAĞAC!
    MİLLİ PARKIN MÜBARƏK, QIZILAĞAC!
       MİLLİ PARKIN MÜBARƏK, QIZILAĞAC! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli Ətraflı oxu
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək Lənkəran şəhərində “Ekoloji Tarazlıq” Ətraflı oxu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə Ətraflı oxu
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
     Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcəkAzərbaycan Turizm və Menecment Ətraflı oxu
    Bütün xəbərlər
    «    Noyabr 2018    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    DÜNYA XƏBƏRLƏRİ