• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Qarabağ müharibəsi əlilləri protezlərlə təmin olunub

    Qarabağ müharibəsi əlilləri protezlərlə təmin olunub

     

    Qarabağ müharibəsi əlilləri protezlərlə təmin olunub

    Heydər Əliyev Fondunun dəstəyi ilə daha bir qrup Qarabağ müharibəsi əlili yüksək texnologiyalı protezlərlə təmin olunub. Fonda müraciət etmiş keçmiş əsgər və zabitlər, ilk növbədə, müayinə olunub, hər birinin fərdi xüsusiyyətləri, aktivlik dərəcələri, həyat tərzləri və əmək məşğuliyyətləri nəzərə alınaraq onlar üçün uyğun və yüksək keyfiyyətli protezlər seçilib.

     
    Fonddan bildiriblər ki, Qarabağ müharibəsi əlillərindən 6 nəfər “Harmony P3” aktiv vakuum sistemli protezlə, 1 nəfər “Hybrid” mikroprosessor idarəetmə sistemli transfemoral protezlə, 3 nəfər isə “BeBionic 3” əl protezi ilə təmin edilib. Bu protezlər amputasiya olunmuş hissə ilə hərəki uyğunluğu təmin edən texniki imkanlara malikdir. İstifadəçi protezi amputasiya olunmuş hissənin davamı kimi hiss edir və daha rahat hərəkət edir.
     
    Yüksək texnologiyalı protezlərlə təmin olunmuş Qarabağ müharibəsi əlilləri artıq aktiv həyata geri dönərək əmək fəaliyyətini davam etdirir, bəziləri isə paralimpiya idman növləri ilə məşğul olur.
    Xatırladaq ki, 2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi də həyata keçirilmişdi. 2016-cı il Aprel döyüşləri zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər və zabit layihə çərçivəsində yüksək texnologiyalı protezlərlə təmin edilmişdi.
     
    Tətbiq olunan protezlərin texniki göstəriciləri barədə:
    “Harmony P3” aktiv vakuum sistemli transtibial protez soket və dinamik karbon ayaq arasında quraşdırılan aktiv vakuum cihazı ayağın amputasiya olunmuş hissəsi sayılan güdül və soket arasında neqativ təzyiq yaradır. Bu neqativ təzyiq sayəsində protezlə ayaq bir-birinə maksimum uyğunlaşmış olur və nəticədə ayaq protezlə bir vəhdət təşkil edir, istifadəçi protezi ayağının davamı kimi hiss edir və daha rahat addım atır. Aktiv vakuum sisteminin yaratdığı neqativ təzyiqin daha bir vacib xüsusiyyəti güdülün qan dövranını yaxşılaşdırmasıdır. Bu da yaralı güdüllərin tezliklə sağalmasını təmin edir. Aktiv vakuum sistemli protez amartizator və rotasion xüsusiyyətlərə malikdir. Bu cəhətlər protezin hərəkət zamanı yer səthlərinə uyğunlaşmasını təmin edir. Protezin istifadə rahatlığını artırmaq məqsədi ilə dinamik, hər növbəti addımın atılmasına təkanverici xüsusiyyətə malik “Triton” karbon ayaq quraşdırılıb.
     
    “Hybrid” mikroprosessor idarəetmə sistemli transfemoral protez isə dizüstü amputasiyalarda geniş tətbiq olunan, Yaponiyanın “Nabtesco” şirkətinin mühəndislərinin təkmilləşdirdiyi elektronik diz oynağıdır. Mütəxəssislər dayaq-hərəkət sisteminin biomexanik xüsusiyyətlərini əsas tutaraq protezin insanın təbii hərəkətinə maksimum uyğunluğunu təmin ediblər. “Hybrid” diz oynağının daxilində 2 ədəd yüksək həssaslı sensor var. Onlar vasitəsilə hərəkət zamanı yer səthindən alınmış hərəki siqnallar mikroprosessor idarəetmə sisteminə ötürülməklə, hərəkət zamanı dəyişik zəminlərə uyğunlaşmanı təmin edir.
     
    “BeBionic 3” bionik transhumeral protez funksionallığı və istifadə rahatlığı baxımından dünyada geniş tətbiq olunan bionik əl protezidir. Protezdə 2 ədəd həssas elektrod sayəsində baş-beyindən alınan hərəki siqnallar mikroprosessor idarəetmə sisteminə, orada işləndikdən sonra isə protezə quraşdırılmış mühərriklərə ötürülür. Bu mühərriklər hər bir barmağın sərbəst hərəkətini yaratmaqla istifadəçinin faydalana biləcəyi dəyişik hərəkətləri təmin edir. “BeBionik3” əl protezinin bilək oynağı da elektronik idarəetməli olub, 360 dərəcə dönə bilir. Dirsəküstü amputasiyalarda istifadə edilən dirsək oynağı da elektronik olaraq açılıb-bükülmə imkanına malikdir.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:45 Masallının Məmmədoba və Miyənkü kəndlərində tibb və həkim məntəqələrinin açılışı olub
    2. 23:55 Masallıda Milli Qurtuluş Günü qeyd edilib
    3. 18:55 Masallı şəhər “Dəfinə” məktəb-liseyində “Son zəng”
    4. 18:48 Bayram günləri “ASAN xidmət” işləyəməyəcək
    5. 18:45 Prezident İlham Əliyev Moskvada futbol üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edib
    6. 18:30 Milli Qurtuluş Günü - xalqımızın şərəf tarixi
    7. 21:33 Masallı rayonunda “Son zəng” tədbirləri keçirilib
    8. 17:28 Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki
    9. 17:22 Moskvada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub
    10. 17:12 Masallı şəhər Uşaq-İncəsənət Məktəbində hesabat konserti
    11. 21:16 Masallıda istehlakçı hüquqları ilə bağlı təlim keçirilib
    12. 20:12 Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında Prezidentin Sərəncamı
    13. 19:53 Prezident İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində iştirak edib
    14. 19:45 Prezident İlham Əliyev Əskişəhərdə Ukrayna Prezidenti Petro Poroşenko və BP şirkətinin baş icraçı direktoru ilə görüşüb
    15. 17:23 Bu gün Xalq yazıçısı İsa Muğannanın doğum günüdür
    16. 15:27 Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib
    17. 17:44 Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib
    18. 11:29 Prezident İlham Əliyev Bolqarıstanın, Perunun və Rusiyanın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib
    19. 21:52 Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti keçirilib
    20. 21:25 Sağlamlığınız üçün Azərbaycana gəlin!
    21. 21:14 Masallıda Milli Qurtuluş günü münasibətilə tədbir keçirilib
    22. 16:16 Masallıda “Azərbaycan miniatür sənəti” mövzusunda mühazirə maraqla qarşılanıb
    23. 15:01 "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" Masallıda Forum keçirib
    24. 13:56 Eksponatlarda yaşayan tarix
    25. 22:51 Masallıda “Milli mənəvi dəyərlərimiz, adət və ənənələrimiz xalqımızın sərvətidir” mövzusunda konfrans keçirilib
    26. 17:16 Masallı RİH başçısının Sərçuvar və Bədəlan ərazilərində səyyar görüş-qəbulu
    27. 23:22 Masallı məktəblisi ölkə üzrə 5 “Ədəbiyyat biliciləri” sırasında
    28. 14:30 ABŞ-ın Azərbaycandakı səfirliyi Masallıda qadın sahibkarlar üçün iftar süfrəsi açıb
    29. 18:10 5 iyun - Dünya Ətraf Mühitin Mühafizəsi Günüdür
    30. 18:07 Gözdən yaş çıxarmı ürək yanmasa...
    31. 18:03 Azərbaycan beynəlxalq festivalda təmsil olunub
    32. 18:01 Bu gün Bakıda dünya çempionatı start götürür
    33. 17:15 Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi üçün inşa edilmiş hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub
    34. 17:09 Prezident İlham Əliyev Naftalana səfər edib
    35. 17:05 Prezident İlham Əliyev Goranboy rayonuna səfər edib
    36. 21:24 Heydər Əliyev Mərkəzində "Moda məkanı" sərgisi açılıb
    37. 16:34 Murmanskda Azərbaycanın Milli Qurtuluş Gününə həsr edilmiş tədbirlər keçiriləcək
    38. 16:06 Azərbaycanda 15 yaşayış məntəqəsinin adı dəyişdirilir
    39. 15:49 Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib
    40. 15:47 İyunun 14-də “Son zəng” çalınacaq
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
      Sağlamlığınız üçün Azərbaycana gəlin! Azərbaycan təbiətin səxavətlə bəxş etdiyi sərvətlərə malik və bir çox insanın Ətraflı oxu
    Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıb
    Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıb
      Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıbBir qrup alpinist Azərbaycan Xalq Cümhuriyyətinin Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Bütün xəbərlər
    «    İyun 2018    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    DÜNYA XƏBƏRLƏRİ