Главная > Səhiyyə > Əsaslı təmirdən sonra ilk dəfə

Əsaslı təmirdən sonra ilk dəfə


24-11-2017, 18:22. Разместил: yeni321


     Əsaslı təmirdən sonra ilk dəfə

      Masallı Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirindən sonra xəstəxananın doğum şöbəsi ilk doğuşunu qəbul etmişdir.

      Masallı RMX doğum şöbəsinin müdiri Xalidə Sadıqovadan aldığımız məlumata görə, 20 noyabr saat 17.30-da dünyaya gələn qız uşağını Xıl kənd sakini Əliyeva Şərafət Zülfüqar qızı dünyaya gətirib.

     Həkim-neonatoloq Aysel Əliyeva, mama Sevda Quliyeva bildiriblər ki, çəkisi 3 kilo 100 qram olan körpə tam sağlam dünyaya gəlib və hazırda vəziyyəti yaxşıdır. 

     Bu əlamətdar hadisə münasibətilə xəstəxananın rəhbərliyi və şöbənin əməkdaşları gənc ailəni təbrik etmiş, onlara hədiyyə təqdim etmişlər.

                                                                                                                                             
www. Yeniheyet.az
 
 шаблоны для dle 11.2
Вернуться назад