Главная > Səhiyyə > Bioloyi Təbabət Klinikasının Masallı filialının açılışı

Bioloyi Təbabət Klinikasının Masallı filialının açılışı


3-12-2018, 18:17. Разместил: yeni321
 


Bioloyi Təbabət Klinikasının Masallı filialının açılışı

Dekabrın 1-də Masallı şəhərində Bioloji Təbabət Klinikasının aşılışı olub.
Tədbiri İnsan Resursları Departamentinin rəhbəri Təranə Mahmudova açıb.
Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova çıxış edərək qonaqları və klinikanın kollektivini RİH başçısı Rafil Hüseynovun adından salamlayıb, tədbir iştirakçılarını təbrik edib.
Tibb elmləri doktoru, Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyətinin Prezidenti, professor Fikriyyə İbrahimli, bioloyi təbabət üzrə almaniyalı mütəxəssis, vertebroloq doktor Herxard Raysa, xanım Jennifer Kehlbeçk, Yelena Nekrasova, Bioloyi Təbabətin Azərbaycanda özəl klinikaların yaradılmasının ideya müəllifi Elxan Yaqubov və başqaları çıxış edərək Masallı rayonunda yeni səhiyyə ocağının açılması ilə əlaqədar kollektivi və tədbir iştirakçılanı təbrik ediblər.
Bildirilib ki, 2009-cu ildən fəaliyyət göstərən Bioloji Təbabət Klinikası ölkəmizdə bioloji üsullarla müalicənin tətbiqini qarşısına məqsəd qoyub. Bioloji təbabət orqanizmin özünüidarə və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edən, baş verən xəstəliklərin səbəblərinin aradan qaldırılmasına yönələn müasir müalicə metodudur. Bu müalicədə yalnız təbii tərkibli dərman preparatlarından istifadə olunur, müalicə zamanı digər orqan və sistemlər zədələnmir.
Bioloji Təbabət Klinikasının rəmzi lenti kəsilmiş, qonaqlar buradakı iş şəraiti ilə tanış olublar.



 
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад