Главная > Səhiyyə > Masallıda görkəmli oftolmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü

Masallıda görkəmli oftolmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü


27-04-2019, 15:02. Разместил: yeni321
Masallıda görkəmli oftolmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü 

Aprelin 27-də Masallı şəhər Heydər Əliyev Mərkəzində Əməkdar elm xadimi, professor Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü qeyd olunub.
Tədbir işrtirakçıları Mərkəzin foyesində XX əsr Azərbaycan tarixinin görkəmli siması Zərifə xanım Əliyevanın həyat və faliyyətindən bəhs edən kitab sərgisi ilə tanış olublar.
Sonra Zərifə Əliyevanın ömür yolunu əks etdirən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova görkəmli oftolmoloq, gözəl insan, vəfalı ömür-gün yoldaşı, fitri istedada malik novator alim Zərifə Əliyevanın keçdiyi şərəfli həyat yolunun hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat, mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu deyib. A.Qafarova bildirib ki, Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olub. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edib. -Gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki kəşflərinə görə Zərifə xanım SSRİ Tibb Elmləri Akademiyasının akademiki Averbax adına yüksək mükafata layiq görülən ilk qadın alim idi, - deyə A.Qafarova qeyd edib.
Masallı Rayon Mərkəzi Xəstəxanasının oftalmoloq-həkimi Gülnarə Məmmədova məruzə ilə çıxış edərək bildirib ki, Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvanda, Şərur rayonun Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Atasının keçdiyi qeyri-adi həyat yolu Zərifə xanım üçün tarixin bir hissəsi olmuşdur. Zərifə Əliyeva üçün insan, vətəndaş və alim anlayışları bölünməz bir vəhdət təşkil edirdi. Z.Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq bir səhifəsini təşkil edir. Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.
Qeyd olunub ki, akademik Zərifə Əliyeva oftalmologiyanın aktual problemlərinə həsr olunmuş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, о cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi araşdırmalar aparmışdır. Alimin bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri onun bir sıra monoqrafiyalarında geniş və ətraflı şəkildə öz əksini tapmışdır.
Məruzə ətrafında çıxışlarda "Masallı ziyalıları" İctimai Birliyinin sədri, "Tərəqqi" medallı Qardaş Fətullayev, Qızılavar kənd tam orta məktəbinin direktoru Lətifə Qənbərzadə, Milli Oftolmologiya Mərkəzi Masallı rayon filialının oftolmoloqu Orxan Güllərov və başqaları ideal qadın və əsl Azərbaycan xanımı obrazı olan Zərifə Əliyeva simasının, keçdiyi zəngin həyat yolundan, onun pedaqoji və həkimlik fəaliyyətindən söhbət açıb, onun həyat yolunun gənc xanımların həyatının formalaşması baxımından parlaq nümunə olduğunu bildirib, görkəmli oftalmoloq-alim, ictimai xadim Zərifə Əliyevanı humanist şəxsiyyət, əsl ziyalı və qayğıkeş ana, pak və nəcib insan kimi dəyərləndiriblər.
Tədbirdə Masallı Dövlət Regional Kollecinin tələbələri Səbinə Xəlilova, Dilruba Dadaşova bədii kompozisiya təqdim ediblər. Tələbələrin ifasında Zərifə Əliyevaya həsr olunmuş şeirlər səsləndirilib. İstedadlı gənc müğənni Miriş Hüseynovun ifasında səslənən "Ana" mahnısı tədbir iştirakçılarında xoş ovqat yaradıb.
 
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад