Главная > Səhiyyə > Masallıda tibb işçilərinin peşə bayramı qeyd olunub

Masallıda tibb işçilərinin peşə bayramı qeyd olunub


18-06-2019, 14:50. Разместил: yeni321
 

Masallıda tibb işçilərinin peşə bayramı qeyd olunub

 
Masallı şəhər Mərkəzi Xəstəxanasında 17 iyun - tibb işçilərinin peşə bayramı qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Cəlil Nəzərov ümummilli lider Heydər Əliyevin Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı xidmətlərindən söhbət açaraq, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, peşə bayramı münasibətilə səhiyyə işçilərini təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında müəyyənləşdirilmiş tədbirlərə müvafiq olaraq Mərkəzi Rayon Xəstəxanasının  əsaslı təmir edildiyini deyən baş həkim artıq xəstələrin Rusiya, Türkiyə, İran və başqa ölkələrə deyil, rayonda fəaliyyət göstərən xəstəxanalarda müalicə etdiyini bildirib.
Əhali arasında tibbi maarifləndirmənin böyük əhəmiyyət kəsb etdiyini söyləyən məruzəçi, həmkarlar təşkilatının sədri İlqar Ramizoğlu ölkədə və rayonda səhiyyənin müasir inkişafından, yeni texnologiyalar əsasında quruculuğundan və başqa uğurlardan bəhs etmişdir.
Masallı Mərkəzi Xəstəxanası Ağsaqqallar şurasının sədri Zabit Talıbov, Masallı Rayon İcra Hakimiyyətinin baş məsləhətçi Nigar Kərimova və başqaları cənab Prezident İlham Əliyevin tapşırığına əsasən hər il ölkə əhalisinin tibbi müayinələrə cəlb olunmasını, dövlətimizin başçısının insanların sağlamlığının qorunmasına göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib.
Tədbirdə çıxış edənlər respublikada, o cümlədən rayonda səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına minnətdarlıqlarını bildiriblər.
 


 

“Yeni həyat”,
www.yeniheyet.az 
 шаблоны для dle 11.2
Вернуться назад