Главная > Səhiyyə > Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılışı

Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılışı


18-06-2019, 15:00. Разместил: yeni321
 

Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılışı

 
Masallı rayonunun Lürən kəndində tibb məntəqəsi üçün yeni binanın açılış mərasimi olmuşdur.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və aparatı, mərkəzi rayon xəstəxanasının baş həkimi Cəlil Nəzərov və kollektivi, ictimaiyyət nümayəndələri, KİV əməkdaşları və kənd sakinləri iştirak etmişlər.
Mərasimdə çıxış edən Masallı RİHB-nın Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zakir Əbilov, Masallı şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov, kənd ağsaqqallı Balakərim Yaqubov, Lürən kənd tibb məntəqəsinin müdiri Narıngül Cabbarova və başqaları bölgələrdə sosial problemlərin həlli, kəndlərdə tibbi xidmətin səviyyəsinin ildən-ilə yüksəldilməsi istiqamətində Masallıda böyük işlərin görüldüyünü diqqətə çatdırmış, bunun üçün Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərinə dərin minnətdarlıqlarını bildirmişlər. Onlar son illərdə rayonda səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmışlar.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik etmiş, işlərində uğurlar arzulamış, rəmzi lenti kəsərək tibb məntəqəsinin açılışını etmiş və otaqlarda yaradılmış şəraitlə tanış olmuşdur.
   
“Yeni həyat”,
www.yeniheyet.az 
 
 шаблоны для dle 11.2
Вернуться назад