Главная > Səhiyyə > MASALLIDA QANVERMƏ AKSİYASI KEÇİRİLİB

MASALLIDA QANVERMƏ AKSİYASI KEÇİRİLİB


12-07-2019, 16:43. Разместил: yeni321

MASALLIDA QANVERMƏ AKSİYASI KEÇİRİLİB

İyulun 12-də Masallı rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq göstərişinə əsasən Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı əməkdaşlarının iştirakı ilə talassemiyyalı və hemofiliya xəstələrə dəstək olaraq ümumrayon qanvermə aksiyası keçirilib.
Rayondakı bütün idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, o cümlədən ictimaiyyət nümayəndələri qana ehtiyacı olan insanlara kömək məqsədilə bu nəcib aksiyaya qoşulublar.
Xüsusi tibbi briqadanın həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib.
Aksiya iştirakçılarından Qadir Teymurov, Əlizaman Əhmədov, Kamal Mazanov, Qədir Məmmədov, Rövşən Vəliyev, Rəşad Fərəcov, Möhübbət Qafarov, Məmmədağa Quliyev, Anar Düniyev, Dürdanə Əkbərova, Valeh Əliyev, Soltanağa İsayev, İlhamə Novruzova və başqaları bu xeyriyyə tədbirinin keçirlməsini təqdirəlayiq hesab etməklə xəstə insanların heç də cəmiyyətdə kənarda qalmadığını bildiriblər.
Aksiyada toplanan qan müvafiq xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində təmənnasız istifadə olunacaqdır.

 
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад