Главная > Səhiyyə > Masallıda icbari tibbi sığorta sisteminə həsr olunan maarifləndirmə tədbiri keçiriləcək

Masallıda icbari tibbi sığorta sisteminə həsr olunan maarifləndirmə tədbiri keçiriləcək


4-09-2019, 10:22. Разместил: yeni321
Masallıda icbari tibbi sığorta sisteminə həsr olunan maarifləndirmə tədbiri keçiriləcək

Sentyabrın 6-da Masallı rayonunda “Sağlamlığa xidmət” İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İlkin səhiyyə xidməti sahəsində çalışan tibb işçilərinin və ümumi əhalinin icbari tibbi sığorta mexanizmi barədə məlumatlılığının artırılması” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçiriləcək.
Tədbirin məqsədi rayon əhalisini və ilkin səhiyyə xidməti əməkdaşlarını, o cümlədən tibb işçilərini icbari tibbi sığorta sistemi barədə məlumatlandırmaqdır.
Səyyar maarifləndirmə zamanı işçi qruplar əhalini maraqlandıran sualları cavablandırmaqla yanaşı, onların icbari tibbi sığorta sisteminə münasibəti də öyrəniləcək, rayon sakinləri və tibb işçilərinin iştirakı ilə ictimai müzakirələr aparılacaq.



шаблоны для dle 11.2
Вернуться назад