Главная > Səhiyyə > Cənub zonasında ən az Masallıda –1 nəfər koronavirusa yoluxmuş xəstə qeydə alınıb

Cənub zonasında ən az Masallıda –1 nəfər koronavirusa yoluxmuş xəstə qeydə alınıb


4-04-2020, 19:08. Разместил: yeni321
MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI 

Masallı rayon əhalisinin 227 mindən çox olmasına baxmayaraq cənub zonasında ən az (1 nəfər) koronavirus pandemiyasına yoluxmuş xəstə qeydə alınmışdır. Bu da cənub zonasında ən az göstəricidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığından dərhal sonra rayon rəhbərliyinin çevik reaksiyası nəticəsində rayon ərazisində koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə ciddi tədbirlər görülmüş, rayon İcra hakimiyyəti başçısının tapşırığı ilə yaradılmış mobil qruplar tərəfindən vətəndaşlarla mütəmadi maarifləndirici söhbətlər aparılmış, rayon ərazisində faəliyyət göstərən dövlət və özəl təşkilatlarda, eləcədə yaşayış yerlərində dezinfeksiya işləri aparılmış, kəndlərarası postlar qurulmuş və vətəndaşların hərəkətinin məhdudlaşdırılması üçün mühim addımlar atılmışdır.
Mövcud vəziyyətlə əlaqədar olaraq əhalinin maarifləndirilməsi və dezinfeksiya işləri davam etdirilir.
Əhaliyə “evdə qal” çağırışımıza müsbət reaksiya verdiklərinə görə öz təşəkkürümüzü bildiririk.

“Yeni həyat”,
www.yeniheyet.az

 

шаблоны для dle 11.2
Вернуться назад