Главная > Səhiyyə > Masallıda Beynəlxalq Əlillər Günü qeyd edildi

Masallıda Beynəlxalq Əlillər Günü qeyd edildi


2-12-2017, 12:05. Разместил: yeni321
 
  Masallıda Beynəlxalq Əlillər Günü qeyd edildi

Bu gün Masallı rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirilmişdir.

"Masallı Otel"də keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşları, əlaqədar təşkilatların nümayəndələri və əlillər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Masallı RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova qeyd etmişdir ki,  Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə əlillərin sosial müdafiəsi,  onların həyatına, sağlamlığına dövlət dəstəyi sosial siyasətdə öncül məsələyə çevrilmişdir. Bu gün dövlət başçısı İlham Əliyev əlillərin ehtiyaclarına və problemlərinə, onların cəmiyyətə tam qovuşması üçün maksimum əlverişli şərait yaradılmasına daim diqqət yetirir.
ƏƏSMN-nin yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin müdiri Arzuman Hüseynov, Əlil Qadınlar Cəmiyyəti Masallı rayon şöbəsinin sədri Əminə Abıyeva, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Cəmiyyətinin sədri Nahid Rəhimov, "Güvən" xeyriyyə və dostluq cəmiyyətinin rəhbəri Nigar Bayramlı və başqaları hər il bu kateqoriyadan olan vətəndaşların pensiya və müavinətlərinin artırılması, onların sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə ölkəmizdə ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb, bu sahədə görülən işlərdən bəhs edərək rayonda yaşayan əlillərin sosial problemlərinin həllinə diqqət artırıldığını vurğulayıblar. Çıxış edənlər bildiriblər ki, Masallıda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 76 mənzilli üç yaşayış binası tikilərək istifadəyə verilib, 5 nəfər üçün fərdi evlər inşa olunub, 2 nəfər üçün isə növbəti ildə tikiləcək. 6 yaşayış məntəqəsində əlillər üçün inşa edilən fərdi yaşayış evlərinin tikintisi tamamlanmaq üzrədir, ilin yekununda təhvil veriləcək.  
Əlil anaları Anaxanım Ağayeva, Nazilə Hüseynova əlillərə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Tədbir iştirakçıları idman yarışlarında uğurlu nəticələrinə görə İlkin Hüseynovu təbrik etmişlər.
Bayram süfrəsi ətrafında Əlillər gününə həsr edilmiş tədbir Masallı Rayon Regional Mədəniyyət və Turizm İdarəsinin incəsənət ustalarının çıxışı ilə davam etdirilib.

Həsənağa Əliyev,
"Yeni həyat",
www.Yeniheyet.az
 



 

 шаблоны для dle 11.2
Вернуться назад