Главная > Səhiyyə > Masallı Rayon İcra Hakimiyyəti başçısının tibb işçilərinə təbriki

Masallı Rayon İcra Hakimiyyəti başçısının tibb işçilərinə təbriki


17-06-2020, 11:45. Разместил: yeni321
Masallı Rayon İcra Hakimiyyəti başçısının tibb işçilərinə təbriki 

İyunun 17-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov rayonun səhiyyə işçilərini “17 iyun tibb işçilərinin peşə bayramı” münasibətilə təbrik edib.
Ölkəmizin koronavirus (COVİD-19) pandemiyası dövründə səhiyyə işçilərinin insanların həyatı uğrunda öz həyatlarını təhlükəyə ataraq bütün gücünü sərf etdiyini qeyd edən rayon rəhbəri respublikamızın, o cümlədən rayonumuzun bu bəladan qurtulması yolunda fədakarlıq edən səhiyyə işçilərini təbrik edib, onlara möhkəm can sağlığı, çətin və şərəfli peşələrində uğurlar arzulayıb.
Rayon rəhbəri əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsində fərqləndiklərinə görə bir qrup tibb işçisini – Masallı Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin həkimi Yusif Mürsəlovu, tibb bacısı Leyla Məmmədovanı, Masallı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəhman Muxtarovu, dezinfektorlar Rövşən Bayramov və Ziya Səmədovu, Masallı Rayon Dezinfeksiya Stansiyasının direktoru İxtiyar Muxtarovu, habelə dezinfektor Şəfəq Babayevanı və sanitar sürücüsü Elvin Abdullayevi Masallı Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif edib.
Belə ki, rayon icra hakimiyyətinin təşəbbüsü ilə çoxmərtəbəli binalarda yaşayan Masallı sakinləri saat 19:00-da eyvanlara çıxaraq tibb işçilərini peşə bayramı münasibəti ilə alqışlayaraq təbrik ediblər.

“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад