Главная > Səhiyyə > Masallıda pandemiya ilə bağlı tədbirlər davam edir

Masallıda pandemiya ilə bağlı tədbirlər davam edir


25-06-2020, 18:30. Разместил: yeni321
Masallıda pandemiya ilə bağlı tədbirlər davam edir 

Masallı rayonunda pandemiya ilə əlaqədar ciddi tədbirlər davam etdirilir. 24 iyun 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə məlumatları diqqətinizə çatdırırıq:
GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, Olimpiya İdman Kompleksi, Polis şöbəsi, 5 Bankın qarşısı, 9 terminal, 14 bankomat, Masallı şəhər ərazisində yerləşən 1 iaişə obyekti, 4 ərazidə 7 küçə, 30 fərdi yaşayış evi, 1 ərzaq mağazası, həkim məntəqəsi dezinfeksiya olunub.
RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 172 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər.
Masallı rayonu ərazisində 11 434 nəfərə 190 manat vəsait verilmişdir. Habelə 2886 nəfərə 2-ci dəfə 190 manat almaqdan ötrü kart verilmişdir.
İşsiz şəxslərin müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə (2 ay müddətinə) rayona 474 nəfər üçün ayrılmış iş yerlərinə 40 nəfər əlavə olunmuş, ümumilikdə 410 nəfərlə DOST iş mərkəzi tərəfindən müqavilə bağlanaraq işlə təmin olunmuşlar. 164 nəfər sistem tərəfindən işi və qazancı olmayan kimi təsdiq edilmişdir. Vətəndaşlarla müqavilə bağlanmaqdan ötrü iş davam etdirilir.
Karantin dövründə bir sıra məhdudiyyətlərin yumuşaldılmasını nəzərə alaraq vətəndaşların maarifləndirilməsindən ötrü rayon ərazisində “karantin qaydalarının yumşaldılması, karantin qaydalarının aradan qaldırılması deyil” adı altında 114 nəfərdən ibarət 20 mobil qrup (RİH, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, rayon Polis şöbəsi, rayon Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır. Mobil qruplar Nazirlər Kabinetinin tövsiyələrinə uyğun olaraq maarifləndirmə işlərini onlayn qaydada müxtəlif sosial şəbəkələr vasitəsi ilə aparmışlar.
24 iyun 2020-ci il tarixdə koronavirusla bağlı 48 nəfərdən yaxma götürülüb. Ümumilikdə rayon ərazisində 6967 nəfərdən yaxma götürülmüşdür.
Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 24 iyun 2020-ci il tarixdə rayon ərazisində karantin qaydalarını pozduğuna görə 6 nəfər vətəndaş haqqında inzibati protokol tərtib edilərək cərimə olunmuşdur. Ümumilikdə rayon ərazisində karantin qaydalarını pozduğuna görə 125 nəfər vətəndaş haqqında inzibati protokol tərtib edilərək cərimələnmişdir.
Hazırda işlər davam etdirilir.

“Yeni həyat”,
www.yeniheyet.az
 
 шаблоны для dle 11.2
Вернуться назад