Главная > Səhiyyə > Masallıda karantin rejiminə ciddi nəzarət olunur

Masallıda karantin rejiminə ciddi nəzarət olunur


28-06-2020, 15:57. Разместил: yeni321
Masallıda karantin rejiminə ciddi nəzarət olunur 

Masallıda karantin rejimi ilə əlaqədar prospekt və küçələr, məhəllədaxili yollar, yaşayış massivləri nəzarətə götürülmüşdür.
Masallı şəhərinin giriş və çıxışlarında 10 stasionar post qurulub, 16 patrul xidməti avtonəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət edir. Habelə rayon icra hakimiyyəti və rayon polis şöbəsinin birgə təşkilatçılığı ilə reydlər keçirilir. Reydlər zamanı karantin qaydalarını pozan vətəndaşlara polis əməkdaşları tərəfindən ciddi xəbərdarlıq edilir, barələrində protokol tərtib edilərək cərimə tətbiq olunur. Belə ki, 28 iyun 2020-ci il tarixdə rayon ərazisində 205 yoxlama aparılmış, 6 nəfərin maskasız, 14 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi müəyyən olunmuş, onlardan 10 nəfərinə xəbərdarlıq edilmiş, 4 nəfər isə polis əməkdaşları tərəfindən protokol tərtib edilərək cərimə olunmuşdur.

“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад