Главная > Səhiyyə > Dövlət hesabına böyrək köçürmə əməliyyatlarının icrası davam edir

Dövlət hesabına böyrək köçürmə əməliyyatlarının icrası davam edir


4-12-2017, 21:17. Разместил: yeni321
Dövlət hesabına böyrək köçürmə əməliyyatlarının icrası davam edir

Transplantologiya cərrahiyyənin ən mürəkkəb sahələrindən hesab edilir. Transplantoloji əməliyyatların uğurla aparılması ölkə səhiyyəsinin yüksək səviyyəsindən xəbər verir. Respublikamızda böyrək transplantasiyası əməliyyatlarının tarixi 1971-72-ci illərdən başlanır. Bu əməliyyatlar ilk dəfə akademik Mirməhəmməd Cavadzadə və onun komandası tərəfindən icra edilib.
Ölkə rəhbərliyi Azərbaycanda transplantoloji əməliyyatların tətbiqinə daim böyük diqqətlə yanaşıb. Bunun bariz nümunəsi kimi, ölkə başçısının tövsiyəsinə əsasən Nazirlər Kabinetinin təsdiqlədiyi böyrək transplantasiyasına dair Dövlət Proqramının adını çəkmək olar. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin Proqram əsasında bu günə kimi ölkədə 100-dən artıq xəstəyə dövlət hesabına böyrək transplantasiyası uğurla icra edilib və xəstələr öz sağlamlıqlarına qovuşmuşlar.
Belə xəstələrdən biri də 15 ildir hemodializdə olan Q.Ağamətdur. Akademik M.Cavadzadə adına Uroloji Mərkəzdə xəstəyə böyrək transplantasiyasını icra edən tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımı xəstənin əməliyyatı digər əməliyyatlara nəzərən çətin və daha məsuliyyətli olduğunu bildirib.
Belə ki, uzun müddət dializdə olan xəstələrdə ürək damar çatışmazlığı əmələ gəlir. Bu xəstənin də ürək fəaliyyəti 30 faiz, damarları isə keyfiyyətsiz olub. Texniki çətinliyə baxmayaraq xəstəyə bacısından alınan böyrək müvəffəqiyyətlə nəql edilib. Xəstə artıq normal vəziyyətdə evinə yazılıb. Bundan sonra da həyatına normal, sağlam fərd kimi davam edəcək.шаблоны для dle 11.2
Вернуться назад