Главная > Səhiyyə > Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə
Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə8-07-2020, 12:52. Разместил: yeni321 |
Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə İiyulun 6-dək rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə məlumatlar: 06 iyul 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Boradigah qəsəbə sahə xəstəxanası, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, 5 Bankın qarşısı Masallı şəhəri ərazisində yerləşən 50 zibil konteyneri, 9 terminal, 14 bankomat, 1 ərazidə 8 fərdi yaşayış evi, 4 küçə dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir. RİHB-nın təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 169 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb, onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. işlərdə kömək göstərirlər. Hazırda işlər davam etdirilir. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır. 06 iyul 2020-ci il tarixdə 977 nəfərin icazəsinin olub-olmaması soruşulmuşdur. Reyd zamanı 32 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 63 vətəndaşın maskasız olması müəyyən edilmişdir. Qaydaları pozan 12 vətəndaş və 1 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur. Umumilikdə Masallı şəhəri üzrə mobil qruplar tərəfindən 5082 nəfərin icazəsinin olub-olmaması soruşulmuş, 201 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 312 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 72 vətəndaş və 6 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır. 06 iyul 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 4407 nəfərlə görüşülmüş, onlardan 729 nəfərin maskasız olduğu müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Qaydaları pozan 1 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur. Ümumilikdə qəsəbə və kəndlər üzrə mobil qruplar tərəfindən 55231 vətəndaşla görüşülmüş, 10966 nəfərin maskasız olduğu müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Qaydaları pozan 5 vətəndaş və 1 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur. Ümumilikdə rayon üzrə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 60313 nəfər vətəndaşla görüşülmüş, vətəndaşlara ümumilikdə 15600 ədəd tibbi maska və 750 litr tibbi spirt paylanmış, həmçinin 201 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 11278 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 77 vətəndaş və 7 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur. 06 iyun 2020-ci il tarixdə koronavirusla bağlı 90 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon ərazisində 7498 nəfərdən yaxma götürülmüşdür. Pandemiya dövründə rayon üzrə ümumilikdə 184 koronavirusa yoluxma halı qeydə alınmışdır. Onlardan 133 nəfər sağalaraq evə buraxılmış, 6 nəfər vəfat etmiş, müalicəalan 45 xəstədən 23 nəfəri xəstəxanada, 22 nəfəri isə ev şəraitində müalicə olunur. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |