Главная > Səhiyyə > Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə

Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə


17-07-2020, 12:18. Разместил: yeni321
Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə 

16 iyul 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.

1. 16 iyul 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi və tabeliyində olan 1 sərnişin daşıyan nəqliyyat vasitəsi, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, 5 Bankın qarşısı, 9 terminal, 14 bankomat, 8 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, Masallı şəhər ərazisində yerləşən 2 ictimai yaşayış binası dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir
2. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 163 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.
3. 2020-ci ilin iyul ayı ərzində Masallı rayon sakinləri tərəfindən Nazirlər Nabinetinin tövsiyələrinə uyğun olaraq, sərt karantin rejimini nəzərə alaraq 2 ərazidə yas mərasimləri ərəfəsində mərasimlər keçirilməmiş və 2 iri buynuzlu, 3 xırda buynuzlu heyvan kəsilərək hər birininin çəkisi təxminən 1,5-2 kq olmaqla 195 imkansız və aztəminatlı ailələrə paylanmışdır.
4. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
16 iyul 2020-ci il tarixdə 998 nəfərin icazəsinin olub-olmaması soruşulmuşdur. Reyd zamanı 55 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 85 nəfərin maskasız olması müəyyən edilmişdir. Qaydaları pozan 8 nəfər polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 14118 nəfərin icazəsinin olub-olmaması soruşulmuş, 638 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 897 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 152 nəfər və 11 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
5. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
16 iyul 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 3586 nəfərlə görüşülmüş, onlardan 672 nəfərin maskasız olduğu müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 5 nəfər polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 99446 nəfərlə görüşülmüş, 18399 nəfərin maskasız olduğu müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 55 nəfər və 1 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
6. 21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 113564 nəfərlə görüşülmüş, 638 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 19296 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 207 nəfər və 12 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 17600 ədəd tibbi maska və 770 litr tibbi spirt paylanmışdır.
7. Ümumilikdə rayon ərazisində 7845 nəfərdən yaxma götürülmüşdür.
8. Pandemiya dövründə rayon üzrə ümumilikdə 234 koronavirusa yoluxma halı qeydə alınmışdır. Onlardan 155 nəfər sağalaraq evə buraxılmış 12 nəfər vəfat etmiş, müalicə alan 67 nəfər xəstədən 22 nəfəri xəstəxanada 45 nəfəri isə ev şəraitində müalicə olunur.шаблоны для dle 11.2
Вернуться назад