Главная > Səhiyyə > MASALLIDA MAARİFLƏNDİRİCİ AKSİYA

MASALLIDA MAARİFLƏNDİRİCİ AKSİYA


12-08-2020, 19:37. Разместил: yeni321
Masallıda maarifləndirici aksiya keçirilib 

Avqustun 12-də Masallı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə idarənin əməkdaşları mobil qruplarla birgə koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirləri ilə əlaqədar küçə, park və obyektlərdə növbəti maarifləndirici aksiya həyata keçirib.
Masallı şəhəri üzrə idarənin kollektivi mobil qruplarla birgə küçə, park və obyektlərdə vətəndaşlarla maarifləndirici söhbətlər aparmış, vətəndaşları məsuliyyətli olmağa və qaydalara əməl etməyə çağırmışlar. Söhbət əsnasında sosial məsafənin qorunması, habelə sakinlərin qrup şəklində bir araya toplanmaması, insanlara özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi zərurət yarandığı halda evdən çıxmaq, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl edilməsinin önəmliyi, hazırkı vəziyətə uyğun şəkildə tibbi maska və əlcəkdən istifadənin vacibliyini diqqətə çatırılmış və ümumilikdə 100 ədəd maska, 30 ədəd spirt paylanılmışdır.
  
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад