Главная > Səhiyyə > Masallıda sərt karantin rejimi ilə əlaqədar reydlər davam edir
Masallıda sərt karantin rejimi ilə əlaqədar reydlər davam edir13-08-2020, 16:48. Разместил: yeni321 |
Masallıda sərt karantin rejimi ilə əlaqədar reydlər davam edir Avqustun 12 və 13-də Masallı rayon İcra hakimiyyəti başçısının müavin və şöbə müdirləri, həmçinin rayon Polis şöbəsinin bölmə və sahə rəisləri tərəfindən Masallı rayon Musaküçə, Təzə Alvadı, Təklə, Ərkivan qəsəbəsi və Qızılavar ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində reydlər keçirilmişdir. Reydlər zamanı ictimai iaşə obyektlərində sərt karantin rejimi qaydalarına əməl olunması, gigiyenik vasitələr, maskalardan istifadə olunub-olmaması araşdırılmışdır. Araşdırılma zamanı sərt karantin rejimi qaydalarını pozduğuna görə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Masallı rayonunun Musaküçə kəndində 2 ictimai iaşə obyektinin hər biri 200 manat, 2 kənd sakininin hər biri 100 manat, Təklə və Təzə Alvadı ərazilərinin hər birində 1 ictimai iaşə obyektinin hər biri 200 manat, Ərkivan qəsəbəsində 1 ictimai iaşə obyekti 200 manat, 1 qəsəbə sakini 100 manat, eləcə də Qızılavar ərazisində 1 ictimai iaşə obyekti 200 manat və 1 kənd sakini 100 manat məbləğində inzibati qaydada cərimə olunmuşlar. Reydlər zamanı 5 ərazi üzrə 6 ictimai iaşə obyekti və 4 nəfər rayon sakini sərt karantin rejimi qaydalarını pozduğuna görə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən ümumilikdə 1600 manat məbləğində cərimə olunmuşdur. Rayon ərazisində reydlər davam etdirilir. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |