Главная > Səhiyyə > Masallı “Gənclər Evi" - "Pandemiya dövründə görülən işlər"

Masallı “Gənclər Evi" - "Pandemiya dövründə görülən işlər"


27-08-2020, 19:11. Разместил: yeni321
Masallı “Gənclər Evi" - "Pandemiya dövründə görülən işlər"
 
Masallı “Gənclər Evi" sosial xidmət müəssisəsinin və INVİNCİBLE Teamın birgə təşkilatçılığı ilə "Pandemiya dövründə görülən işlər" mövzusunda videokonfrans keçirilib.
“Gənclər Evi”nin direktoru Fuad Mənsimov pandemiya dövründə görülən işlərlə bağlı məlumat verərək bildirib ki, koronavirus epidemiyasi bütün fəaliyyət sahələrinə öz mənfi təsirini göstərib. Bu dövr ərzində dövlət orqanları da tədbirlərini onlayn qaydada həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aidiyyatı qurumlara "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı"nın hazırlanması haqqında göstəriş verib.
Videokonfransda qeyd edilib ki, bir neçə gün əvvəl Gənclər və idman naziri Azad Rəhimov yeniyetmə və gəncləri onlayn şəkildə qəbul edərək onların problemləri ilə maraqlanıb və deyib ki, heç nə sizinlə ünsiyyətə mane ola bilməz.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад