Главная > Səhiyyə > Koronavirusla mübarizədə birlik nümayişi

Koronavirusla mübarizədə birlik nümayişi


17-10-2020, 20:02. Разместил: yeni321

Koronavirusla mübarizədə birlik nümayişi 

Hörmətli Masallı sakinləri!
Artıq uzun müddətdir ki, Azərbaycan dövləti, həkimlər və aidiyyatı orqanlar tərəfindən dünyanı cənginə almış COVİD-19 infeksiyasına qarşı ciddi mübarizə tədbirləri həyata keçirilməkdədir. Aparılan mübarizənin nəticəsi olaraq ölkəmizdə koronavirus infeksiyasına yoluxanların sayında kəskin azalma müşahidə olunurdu. Təəssüflər olsun ki, son zamanlar infeksiyanın ölkəmizdə yayılması halı çoxalmaqdadır.

Əziz Masallı əhalisi!
Bildiyiniz kimi Ordumuz 27 sentyabr 2020-ci il tarixdən etibarən Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması uğrunda düşmənə qarşı əks əməliyyatla Vətən müharibəsi şəraitindədir. Döyüş şəraitində olan bir ölkənin həkimlərə və tibb işçilərinə ciddi tələbatı olur. Odur ki, ölkəmiz artıq bir deyil, iki cəbhədə - torpaqlarımızın düşməndən azad olunması uğrunda Vətən müharibəsi və artmaqda olan COVİD-19 infeksiyası ilə mübarizə aparır.

Biz birlikdə güclüyük!
Ön cəbhədə hərbçilərimiz düşmənlə mübarizə apardığı kimi arxa cəbhədə də biz birlik nümayiş etdirməliyik. Hər birimiz mövcud infeksiya ilə birlikdə mübarizə aparmalı, sosial məsafə saxlamalı, gigiyenik vasitələrdən, tibbi maska və spirtlərdən istifadə etməli, özümüzü və yaxınlarımızı bu xəstəlikdən qorumalıyıq.
İnsanların kütləvi toplanmasına qarşı birgə mübarizə aparmalı, yas mərasimlərində kütləviliyin qarşısının alınmasında, əsasən yas mərasimlərində qadınların bir yerə toplaşmasına qarşı birlikdə təbliğat aparmalı, vətəndaşlıq borcumuzu yerinə yetirməliyik.
Vətənini, torpağını sevənlər bu gün ön cəbhədə vuruşaraq uğurlar əldə edirlər. Bizlərin də borcu arxa cəbhədə infeksiyaya qarşı birlikdə mübarizə aparmaqla bu xəstəliyə qalib gəlməkdir.
Biz bununla Ordumuza dəstək nümayiş etdirmiş oluruq.

Eşq olsun Azərbaycan xalqına!
Eşq olsun Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!

 

шаблоны для dle 11.2
Вернуться назад