Главная > Səhiyyə > Masallıda pandemiya ilə bağlı görülmüş işlər

Masallıda pandemiya ilə bağlı görülmüş işlər


7-11-2020, 20:13. Разместил: yeni321
Masallıda pandemiya ilə bağlı ümumi vəziyyət və görülmüş işlər barədə 

 Noyabrın 6-da GEM və rayon Dezinfeksiya Stansiyası tərəfindən Rayon Mərkəzi Xəstəxanası, Rayon İcra Hakimiyyəti, Avtovağzal, Mərkəzi Poçt, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat, 15 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, 1 fərdi yaşayış evə və 4 ərazidə 4 fərdi yaşayış evi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.

Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
06 noyabr 2020-ci il tarixdə 2455 nəfərlə görüşülmüş və onlardan 973 nəfərin maskasız olması müəyyən edilmişdir.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 106211 nəfərlə görüşülmüş və onlardan 34217 nəfərin maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 45 obyekt və 316 nəfər şəhər sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
 Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
06 noyabr 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 2658 nəfərlə görüşülmüş, onlardan 1192 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Reyd zamanı kəndlər üzrə 1 nəfər sakin 100 manat məbləğində cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 542877 nəfərlə görüşülmüş, 221423 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 19 obyekt və 314 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
 06 noyabr 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 5113 nəfərlə görüşülmüş və 2165 nəfərin maskasız olması müəyyən olunmuşdur. Reyd zamanı rayon üzrə 1 nəfər şəxs 100 manat məbləğində cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 649088 nəfərlə görüşülmüş və 255640 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 64 obyekt və 630 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 21900 ədəd tibbi maska və 882 litr tibbi spirt paylanmışdır.
 06 noyabr 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Rayon ərazisində reydlər davam etdirilir. Reyd zamanı Boradigah qəsəbə ərazisində karantin qaydalarını pozduğu üçün 1 nəfər qəsəbə sakini 100 manat məbləğində cərimə olunmuşdur. Rayon ərazisində reydlər davam etdirilir.
06 noyabr 2020-ci il tarixdə koronavirusla bağlı 93 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon üzrə 11403 nəfərdən yaxma götürülmüşdür.

 “Yeni həyat”,      
www.yeniheyet.az

 

шаблоны для dle 11.2
Вернуться назад