Главная > Səhiyyə > Bəşəriyyətin dəhşətli bəlası

Bəşəriyyətin dəhşətli bəlası


8-12-2017, 16:55. Разместил: yeni321
Bəşəriyyətin dəhşətli bəlası
 
 Masallı Rayon Mərkəzi Kitabxanasında Azərbaycan Respublikası Ombudsman Aparatı və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin birgə təşkilatçılığı ilə “HİV/AİDS bəşəriyyətin dəhşətli fəlakətlərindən biri kimi” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov xəstəliyin yaranma tarixindən danışıb, bu dəhşətli bəlanın təxminən XX əsrin 50-ci illərində Mərkəzi Afrikada yayıldığını və ilk dəfə 1981-ci ildə ABŞ- da aşkar olunduğunu bildirib.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Ziyad Nəsibov son vaxtlar bu xəstəliyin nəinki bütün dünyada, hətta ölkəmizdə də yayıldığını, xəstəliyə qarşı əhalini maarifləndirmək məqsədi ilə 1-10 dekabr tarixlərində silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. O, xəstəliyə yoluxma halının başvermə səbəblərindən və onun qarşısının alınması üsullarından danışıb, bu haqda ətraflı məlumat verib.
Tədbirdə iştirak edən fəal oxucuların mövzu ilə bağlı müxtəlif sualları cavablandırılıb.
                                                                                                      “Yeni həyat”,
                                                                                                     www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад