Главная > Səhiyyə > Masallı Rayon Mərkəzi Xəstəxanasında əhalinin vaksinləşməsi üçün bütün şərait yaradılıb
Masallı Rayon Mərkəzi Xəstəxanasında əhalinin vaksinləşməsi üçün bütün şərait yaradılıb19-01-2021, 18:34. Разместил: yeni321 |
Masallı Rayon Mərkəzi Xəstəxanasında
əhalinin vaksinləşməsi üçün bütün şərait yaradılıb İlkin mərhələdə 945 tibb işçisinin, sonra isə 36407 nəfər yaşlı şəxsin vaksinləşməsi aparılacaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən 19 yanvar 2021-ci il tarixdən ölkə ərazisində COVİD-19 infeksiyasına qarşı vaksinləşmə prosesinə başlanılmışdır. Artıq bir sıra şəhərlərdə vaksinləşmə prosesinə start verilmişdir. Yanvarın 18-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, TƏBİB-in nümayəndəsi və hüquq mühafizə orqanlarının rəhbərləri Masallı Rayon Mərkəzi Xəstəxanasında COVİD-19 infeksiyasına qarşı vaksinləşmə aparılacaq məntəqədəki vəziyyətlə tanış olmuşlar. Məntəqədə əhalinin rahat və təhlükəsiz vaksinləşməsi üçün bütün şərait yaradılmışdır. Bundan əlavə koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması üçün Qərargahın yaradılması barədə Masallı Rayon İcra Hakimiyyəti başçısının 27 fevral 2020-ci il tarixli 48 nömrəli sərəncamına əlavə olaraq 2 qrup yaradılmışdır ki, bu qruplar da vaksinləşmə prosesinə xüsusi nəzarəti həyata keçirəcəklər. Masallı rayonu üzrə əhalinin COVİD-19 infeksiyasına qarşı vaksinləşməsi rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxs tərəfindən həyata keçiriləcəkdir. Belə ki, vaksinləşmə prosesinin səmərəli həyata keçirilməsi üçün əlavə olaraq hər birində 1 həkim, 1 orta tibb işçisi və 1 sürücü olmaqla 2 səyyar briqada yaradılmışdır. İlkin olaraq Masallı rayonunda 945 nəfərdən ibarət tibb işçisinin COVİD-19 infeksiyasına qarşı vaksinləşməsinə başlanacaqdır. Sonra rayon ərazisində ümumilikdə 103 yaşayış məntəqəsi üzrə 10816 nəfər 65 yaşdan yuxarı olan şəxslər, 25591 nəfər isə 55-65 yaş olan şəxslər olmaqla ümumilikdə 36407 nəfərin COVİD-19 infeksiyasına qarşı vaksinləşməsi aparılacaqdır. Qeyd etmək istərdik ki, Masallı rayonunda COVİD-19 infeksiyasına qarşı vaksinləşmə prosesi üçün bütün lazımı tədbirlər görülmüş, siyahı müəyyənləşmiş, vaksinləşmə prosesinin həyata keçirlməsi üçün hazırlıq işləri tam yekunlaşmış və rayonumuz vaksinləşmə prosesi üçün tam hazırdır. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |