Главная > Səhiyyə > Masallı RİH başçısı peyvəndləşmə prosesi ilə tanış olub
Masallı RİH başçısı peyvəndləşmə prosesi ilə tanış olub16-02-2021, 19:48. Разместил: yeni321 |
Masallı RİH başçısı peyvəndləşmə prosesi ilə tanış olub Vaksinləşmə prosesini yerinə yetirmək üçün xüsusi heyət təşkil olunub. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov peyvəndləşmə ilə bağlı rayon mərkəzi xəstəxanasında yaradılmış şəraitə baxıb, vaksinasiya prosesi ilə tanış olub. Vaksinləşmə prosesinə könüllü olaraq qatılan Şərəfə kənd sakinlkəri Səriyyə Hüseynova, Şirinqız Məmmədova, Qurban Hüseynov, Qızılavar sakini Ramiz Hüseynov, Səmidxan sakini Zeydulla Məmmədov və başqaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlievə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Masallının icra başçısına dərin minnətdarlıq ifadə ediblər. Hazırda xəstəxanada peyvənd, təcili yardım və post vaksinasiya otaqları ayrılıb, həmçinin vaksinlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb. Peyvənd olunan şəxs post vaksinasiya otağında 30 dəqiqə ərzində qaldıqdan sonra evə buraxılır. Hazırda Masallı Rayon Mərkəzi Xəstəxanasında koronavirusa qarşı peyvəndləmə prosesi uğurla davam edir. www.yeniheyet.az Вернуться назад |