Главная > Səhiyyə > Masallıda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri davam edir
Masallıda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri davam edir24-03-2021, 16:38. Разместил: yeni321 |
Masallıda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri davam edir 23 mart 2021-ci il tarixdə Masallı GEM və rayon Dezinfeksiya Stansiyası tərəfindən, rayon Mərkəzi Xəstəxanası, Mərkəzi Poçt, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat dezinfeksiya olunmuşdur. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon icra hakimiyyəti başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır. Martın 23-də 1495 nəfərlə görüşülmüş və onlardan 233 nəfərin maskasız olması müəyyən edilmişdir. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır. 23 mart 2021-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 1850 nəfərlə görüşülmüş, onlardan 231 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Martın 23-də rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 3345 nəfərlə görüşülmüş və 464 nəfərin maskasız olması müəyyən olunmuşdur. Martın 23-də Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə və ticarət obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı karantin rejimi qaydalarını pozduğu üçün 2 nəfər rayon sakininin hər biri 100 manat olmaqla ümumilikdə 200 manat məbləğində cərimə olunmuşdur. Hazırda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri davam edir. www.yeniheyet.az Вернуться назад |