Главная > Səhiyyə > Masallıda Zərifə xanım Əliyevanın 98 illik yubileyi

Masallıda Zərifə xanım Əliyevanın 98 illik yubileyi


28-04-2021, 19:19. Разместил: yeni321
Masallıda Zərifə xanım Əliyevanın 98 illik yubileyi 

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı rayon filialında karantin rejimi qaydaları gözlənilməklə görüş keçirilib.
Görüşdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, şöbənin baş məsləhətçisi Nigar Kərimova, Milli Oftalmologiya Mərkəzinin Masallı rayon filialının şöbə müdiri Samir İbadov, oftalmoloq Orxan Güllərov çıxış edərək akademik Zərifə xanım Əliyevanın oftalmologiya elminə verdiyi töhfələrdən bəhs ediblər.
Eyni zamanda A.Qafarova Vətən Müharibəsi qazilərinə göstərdikləri xidmətə görə Milli Oftalmologiya Mərkəzinin rayon filialının rəhbərliyinə minnətdarlıq ifadə edərək, kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад