Главная > Səhiyyə > Koronavirusla mübarizədə uğurumuz var

Koronavirusla mübarizədə uğurumuz var


29-04-2021, 12:31. Разместил: yeni321
Koronavirusla mübarizədə uğurumuz var

Bütün dünyanı cənginə alan koronavirus pandemiyası hələ ki səngimək bilmir. COVİD-19 infeksiyasının hər dalğası yüz minlərlə insanın həyatına son qoyur. Pandemiyanın başlanğıcından bəri hansı ölkədə təxirəsalınmaz tədbirlər həyata keçirilbsə bu ölkədə vəziyyətə nəzarət sistemi effektli olub.
İnfeksiyaya nəzarət olmayan Avropa ölkələri, habelə ABŞ, Hindistan, Çin və digər ölkələr bu virusdan ciddi ziyan çəkməyə məhkum oldular. Bu qorxulu pandemiya Azərbaycandan da yan keçmədi. Lakin ölkə rəhbərliyi bu virusun insanlara yoluxmasının qarşısını almaq məqsədilə ilk vaxtlardan vacibi tədbirlər müəyyənləşdirdi. Ciddi qadağalar qoyuldu. İlk növbədə xəstəliyin yayılmaması üçün maska taxmaq, gigiyena qaydalarına ciddi əməl etmək, sosial məsafə saxlamaq kmi qadağalar nəzarətə götürüldü. Məktəblərdə dərslər və digər tədbirlər onlayn qaydada keçirilməyə başladı. Hüzr məclislərinin geniş keçirilməsinə, toylara qadağa qoyuldu. Ahıl adamların, xüsisilə 65 yaşdan yuxarı vətəndaşların evdə qalmasına nəzarət gücləndirildi.
Aprelin 26-da BMT-nin Asiya və Sakit okean üçün iqtisadi və sosial komissiyasının 77-ci sessiyasında iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışında bu məsələdə xalqla həmrəylikdən və bunun nəticəsində ölkəmizdə ölüm hallarının başqa dövlətlərə nisbətən az olmasından danışaraq, bu sahədə dövlətin ciddi qadağalarından söhbət açmışdır. Cənab Prezident bildirmişdir ki, dünya dövlətləri pandemiya ilə mübarizədə birlik göstərsəydilər virus bu dərəcədə geniş yayılmazdı. Respublikamızda hazırda vaksinasiya tədbirləri də uğurla həyata keçirilir. Lakin vaksinlərin bölüşdürülməsində də ayrı-seçkilik göstərilir. Vaksinasiyanın mərhələlərlə aparılması göstərir ki, biz bu sahədə də uğurlar qazanacağıq.
Cənab Prezident bildirmişdir ki, Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətinin səfərbər edilməsi səylərinin önündə gedir. Bu da vətəndaşlarımızdan ciddi məsuliyyət tələb edir. Biz bundan sonra da pandemiya ilə mübarizədə bütün qaydalara ciddi əməl etməliyik.
 
Həmdulla Məmmədov,
Masallı rayonu, Bədəlan kənd sakini.шаблоны для dle 11.2
Вернуться назад