Главная > Səhiyyə > Masallıda xeyriyyə aksiyası

Masallıda xeyriyyə aksiyası


14-05-2021, 19:51. Разместил: yeni321
Masallıda xeyriyyə aksiyası 

Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi, Rayon Mərkəzi xəstəxanası və Bioloji Təbabət Klinikasının birgə təşkilatçılığı ilə Ramazan bayramı münasibətilə aztəminatlı ailələrin uşaqları üçün sünnət xeyriyyə aksiyası keçirilmişdir.
Aksiyaya aztəminatlı ailələrin uşaqlarından ümumilikdə 26 uşaq cəlb olunmuş, onlardan 24-ü Bioloji Təbabət klinikasında, ikisi Masallı Rayon Mərkəzi Xəstəxanasında sünnət olunmuşdur.
Aksiya çərçivəsində 15 may tarixində Bioloji Təbabət Klinikasında daha 18 uşağın sünnət olunması nəzərdə tutulmuşdur.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад