Главная > Səhiyyə > Xilasımız vaksinasiyadan keçir
Xilasımız vaksinasiyadan keçir4-06-2021, 15:46. Разместил: yeni321 |
Xilasımız vaksinasiyadan keçir Mayın 31-də Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev videoformatda çıxışında ölkəmizin pandemiya ilə mübarizə sahəsində həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə gördüyü işləri diqqətə çatdırdı. COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan ilk günlərdən təsirli qabaqlayıcı tədbirlərə start verib. Virusun yayılmasının qarşısının alınması üçün bütün mümkün imkanlardan istifadə edilib və bu proses bu gün də uğurla davam etdirilir. Pandemiya dövründə ölkədə koronavirusun təsirlərinin minimuma endirilməsi, ölkə əhalisinin sağlamlığının qorunması, yeni modul tipli xəstəxanaların inşa edilməsi və digər qabaqlayıcı tədbirlər Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olduğunu göstərir. Cənubi Qafqaz regionunda vaksinasiya işlərinə ilk start verən ölkə olması da Azərbaycanın öz vətəndaşlarının sağlamlığının qorunmasının dövlətin əsas prioritetlərindən olduğunu nümayiş etdirdi. Pandemiya şəraitində normal iş mühitinin davam etdirilməsini istəyən və sağlamlıqlarına həssas yanaşan təhsil işçiləri də vaksinasiya prosesində fəal iştirak edən ilklər sırasındadır. Hər bir Azərbaycan vətəndaşının üzərinə düşən isə bu ümumbəşəri bəlanın aradan qaldırılmasında səfərbərlik nümayiş etdirərək birgə səylərə dəstək olmaqdır. Ölkəmiz bir daha öz humanistliyini göstərərək inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırır. İnanırıq ki, dünya ictimaiyyəti qlobal həmrəylik nümayiş etdirərək pandemiyaya qalib gələcək və bəşəriyyət yenə də əvvəlki gözəl günlərə geri dönəcəkdir. Aybəniz Novruzova, Masallı şəhər sakini. Вернуться назад |