Главная > Səhiyyə > Pandemiya ilə mübarizə işinin effektiv təşkili üçün ölkənin bütün imkanları səfərbər olunmuşdur

Pandemiya ilə mübarizə işinin effektiv təşkili üçün ölkənin bütün imkanları səfərbər olunmuşdur


4-06-2021, 15:52. Разместил: yeni321
Pandemiya ilə mübarizə işinin effektiv təşkili üçün ölkənin bütün imkanları səfərbər olunmuşdur

            Vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, sağlamlıqlarının qorunması hər zaman prezidentimizin diqqət mərkəzindədir. “Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik”. Əsas məqsəd insanları bu xəstəlikdən qorumaq, onların həyatını xilas etməkdir. Burada cənab İlham Əliyevin bu fikirlərini xatırlatmaq yerinə düşər: “Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur”. Bu məqsədlə görülən qabaqlayıcı tədbirlər, insanlara göstərilən dövlət dəstəyi buna əyani sübutdur. “Qabaqlayıcı bütün tədbirlər elə görülüb ki, biz ən çətin vəziyyətə hazır olaq. Bu məqsədlə yeni laboratoriyalar alınıbdır.Dövlət başçısı bildirib ki, hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Koronavirus xəstələrini müalicə etmək üçün bizim ən qabaqcıl xəstəxanalar ayrılıb, onlara təqdim edilib, o cümlədən “Yeni klinika” - bizim ən gözəl, ən müasir xəstəxanamız və digər xəstəxanalar. Bu xəstəxanaların sayı 20- dən çoxdur. Eyni zamanda, hesab edirəm ki, karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıb”. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, pandemiyaya yoluxan xəstələr tibbi müəssisələrdə müalicə alır. Azərbaycanın fıdakar tibb işçiləri xəstələrə çox yüksək səviyyədə xidmət edirlər. Onların sağalıb yenidən evlərinə qayıtmaları üçün bütün qüvvələrini sərf edirlər. “Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dövlət başçısı vurğulayıb ki, dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir”. Koronavirusla mübarizənin bazasının gücləndirilimsi üçün önləyici tədbirlər görülür. Modul tipli xəstəxanalarda xüsusi olaraq pandemiyaya yoluxan vətəndaşlara göstəriləcək xidmətdən danışan dövlətimizin başçısı qeyd edib ki; “Ölkəmizdə modul tipli üç xəstəxana açılır. Bu xəstəxanalarda koronavirus xəstələri müalicə olunacaq və beləliklə, koronavirusla bağlı mübarizədə növbəti önəmli addım atılır. mayın 7-də açılış mərasimində qeyd etdim ki, bu xəstəxanaların sayı 10-a çatmalıdır. Ümid edirəm ki, yaxın gələcəkdə - təxminən ayın sonuna qədər qalan 6 xəstəxana da istifadəyə veriləcəkdir. Beləliklə, bizim əlavə iki min çarpayımız olacaqdır və bu, koronavirusla bağlı mübarizədə imkanlarımızı daha da genişləndirəcək.” Ölkləmizdə virusla mübarizə məqsədi ilə xalqın prezidentin çağırışına səs verməsi onu göstərir ki, Azərbaycanda dövlət quruculuğu yüksək səviyyədədir. Bu məqsədlə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və cəmiyyətin göstərdiyi dəstək bunun bariz nümunəsidir. “Pandemiyaya qarşı mübarizədə 10 xəstəxana tikilməlidir, bunların 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Beləliklə, dövlətin üzərində yük bir qədər azalır. Özəl sektorun nümayəndələrinə və eyni zamanda, adi vətəndaşlara koronavirus dövründə göstərdikləri maliyyə dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bildiyiniz kimi, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıbdır və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. Sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Ona görə mən özəl sektorun bu işlərdə fəal rolunu dəstəkləyirəm.” Önləyici tədbirlər sırasında karantin qaydalarının tətbiq edilməsi və ölkə vətəndaşlarının buna ciddi yanaşması, 65 yaşdan yuxarı vətəndaşların evdən çölə çıxmamaları, işləyənlərdən fərqli olaraq digər sakinlərin yalnız vacib olduğu halda icazə ilə evdən çölə çıxmaları cəmiyyətin dövlətimizin başçısına göstərdiyi etimad və hörmətin təcəssümüdür. “Hesab edirəm ki, karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıb. Çünki onlar 4-5 ulduzlu otellərdə, eyni zamanda, Atletlər Kəndində yerləşdirilir və karantin rejimində olan ən çox insan Atletlər Kəndində yerləşdirilibdir. Minlərlə insan xaricdən təxliyə edilib və bu proses davam etdirilir, təbii ki, qrafik üzrə. Orada da bütün işlər mütəşəkkil qaydada görülməlidir.” Böyük problemlərdən olan xaricdə qalan vətəndaşların ölkəyə gətirilməsi üçün mümkün vasitələrdən istifadə olunduğunu diqqətə gətirən Prezidentimiz İlham Əliyev bildirib ki; “ Xaricdə qalan və Azərbaycana gəlmək istəyən vətəndaşlarımız üçün xüsusi portal yaradılıb. Vətəndaşlar o portalda qeydiyyatdan keçirlər, növbəlilik prinsipi əsasında dövlət hesabına ölkəmizə gətirilirlər. Yəni, bütün şərait yaradılıb ki, Azərbaycan vətəndaşları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunsun. Hesab edirəm ki, bu günə qədər görülmüş işlər və işlərin nəticələri məhz bu siyasətin təzahürünü əks etdirir. Təsadüfi deyil ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb, özü də bir neçə dəfə”. Təbii ki, xəstəni həkim müalicə etməlidir. Başqa cür ola bilməz. Son illərdə Azərbaycanın səhiyyə sistemi güclənib, müasir xəstəxana və klinikalar inşa olunub. Ən müasir tibbi avadanlıqlar, diaqnostik aparatlar quraşdırılıb. Pandemiya ilə mübarizədə də həkimlər ön xətdədir, onların bu çətin günlərdə istirahətsiz olaraq xəstələrə göstərdikləri xidməti yüksək qiymətləndirən Prezidentin bu fikirləri biz həkimlərə olan inamdan irəli gəlir: “Xüsusilə həkimlərin fəaliyyətini, fədakarlığını qiymətləndirmək istərdim. Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır”. Pandemiya ilə mübarizədə dünyanın böyük dövlətləri ilə müqayisədə Azərbaycan daha böyük müvəffəqiyyətə nail olub. Həyata keçirilən tədbirlər sayəsində Azərbaycan bu sınaqdan uğurla çıxmaqdadır. Prezidentimiz çıxışından daha bir sitat: “Bir neçə inkişaf etmiş ölkə var ki, orada ölənlərin sayı bizdə yoluxanların sayından çoxdur. O inkişaf etmiş ölkələr ki, orada səhiyyə sistemi həmişə etalon, bir nümunə hesab edilib. Bəzi inkişaf etmiş ölkələrdə, o ölkələrdə ki, əhalisi bizimlə təxminən eynidir, on minə yaxın insan ölüb. Bizdə isə sadəcə yoluxanların sayı 8 minə qədərdir. Ona görə bizdəki yanaşma ən düzgün, ən humanist yanaşmadır. Hər bir yoluxmuş insana tibbi xidmət göstərilir və bu istiqamətdə əlavə addımlar atılacaq.” Pandemiya dünyada təhsil sistemlərinə də təsirsiz qalmamışdır. İlkin mərhələdə ölkələrin təhsil sistemi pandemiyaya adekvat reaksiya göstərə bilməmiş, sadəcə proseslərin arxasınca getmişdir. Əksər hallarda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa bir müddət sürəcəyi və tezliklə fəaliyyətini davam etdirəcəyi barədə gözləntilər var idi. Lakin pandemiyanın kütləvi itkilərlə müşayiət edilməsi və hələ uzun müddət davam edəcəyi aydın olandan sonra, təhsil sistemləri təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görməyə başlamışlar. Pandemiya şəraitində Azərbaycanda təhsilin fasiləsizliyinin təmin edilməsi bir sıra istiqamətləri və mərhələləri əhatə etmişdir. Belə ki, ilk mərhələdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2020-ci il tarixli 35s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı”nın icrası ilə bağlı Təhsil Nazirliyi tərəfindən Tədbirlər Planı hazırlanıb həyata keçirilməsinə başlandı. Nazirlikdə 7/24 saat rejimində fəaliyyət göstərən Qərargah yaradıldı və hər gün hər bir təhsil müəssisəsindən vəziyyətlə bağlı məlumatlar toplandı, ümumiləşdirildi və Nazirlər Kabineti yanında Operativ Qərargaha ötürüldü. Təhsil Nazirliyi tərəfindən yerli təhsili idarəetmə orqanlarına və təhsil müəssisələrinə vəziyyətə həssas yanaşılaraq tibbi-profilaktik tədbirlərin görülməsi ilə bağlı təlimati məktub göndərildi, təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı təhsilverənlər, təhsilalanlar və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsi, müəssisələrin zəruri tibbi ləvazimatlarla, dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması və aidiyyəti qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılmasına şəraitin yaradılması, kütləvi tədbirlərin məhdudlaşdırılması barədə tapşırıqlar verildi. Valideynlər üçün tövsiyələr, "Təhsil müəssisələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlər barədə təlimat” hazırlandı və tətbiq edildi. Bütün təhsil müəssisələrində sistemli şəkildə dezinfeksiya işləri aparılmağa başlandı. Həyata keçirilən tədbirlər təhsil müəssisələrində sanitar-gigiyenik vəziyyətin yaxşılaşmasına əhəmiyyətli təsir etdi, heç bir yoluxma halı baş vermədi ki, bu da ən vacib məqamlardan biri idi. Cari il fevralın 28-də ölkədə ilk koronavirusa yoluxma halı (tranzitlə keçən əcnəbi vətəndaşda) aşkarlandıqdan dərhal sonra növbəti iş günündə - martın 2-də dövlət başçısının tapşırığına uyğun olaraq, Nazirlər Kabineti tərəfindən COVID-19 infeksiyasına yoluxma halının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə tədrisin, təlim-tərbiyə prosesinin dayandırılması və bununla əlaqədar bütün tədbirlərin təxirə salınması barədə qərar qəbul edildi. Onu da qeyd etmək lazımdır ki, həmin vaxt ölkə ərazisində bütün təhsil müəssisələrinin fəaliyyətini dayandırması barədə qərar dünyada yalnız 12 ölkə tərəfindən verilmişdi, sonradan isə bu qərar, demək olar ki, bütün ölkələri əhatə etdi. Qərara uyğun olaraq, martın 3-dən bütün təhsil müəssisələrində tədris, təlimtərbiyə prosesi mərhələlərlə tədris ilinin sonunadək dayandırıldı. Təhsilin fasiləsizliyini və davamlılığını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən təxirəsalınmadan yeni təşəbbüslərin reallaşdırılmasına başlandı. Qeyd etmək lazımdır ki, bu, artıq pandemiya şəraitində təhsilin təşkili sahəsində ikinci mərhələ idi.

Cəmilə İmanova,
Masallı rayonu, Göyəçöl kəndiшаблоны для dle 11.2
Вернуться назад