Главная > Səhiyyə > Azərbaycan pandemiya ilə mübarizədə qlobal çağrışlarla çıxış edən nadir ölkələrdəndir

Azərbaycan pandemiya ilə mübarizədə qlobal çağrışlarla çıxış edən nadir ölkələrdəndir


4-06-2021, 16:06. Разместил: yeni321
Azərbaycan pandemiya ilə mübarizədə qlobal çağrışlarla çıxış edən nadir ölkələrdəndir

Pandemiya dövründə əhalinin sağlamlığının mühafizəsi sahəsində uğurlu iş təcrübəsi ilə seçilən ölkəmiz çoxyönümlü dəstək proqramları reallaşdırmaqdadır. Belə ki, yeni növ koronavirus infeksiyasının dünya ölkələrini kəskin böhran və itkilərlə, sosial-iqtisadi problemlərlə üz-üzə qoyduğu son dönəm dünya ölkələri üçün bir sınaq oldu. Hətta kainatın super gücü olan ölkələrdə belə pandemiya qurbanlarının sayının minlərlə olduğu müşahidə edilir. Belə bir dövrdə isə Azərbaycan cənab Prezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasətinin nəticəsində bu ağır sınaqdan uğurla çıxmağı bacardı. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində bütün istiqamətlərdə yaradılmış güclü iqtisadi potensial və xüsusilə də müasir səhiyyə sistemi, dövlət başçısının "Biz birlikdə güclüyük!” devizi ətrafında qısa müddətdə xalqımızın pandemiyaya qarşı həmrəylik göstərməsi ölkəmizin bu qlobal böhranı uğurla keçməsinə güclü zəmin yaratmışdır. Ölkəmizdə pandemiya dövründə aparılan işlər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilməklə yanaşı bir çox ölkələr üçün də model olaraq qəbul edildi. Pandemiya dövründə, eyni zamanda, dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması üçün müvafiq işlər aparıldı. Tədbirlər planı çərçivəsində, ilkin mərhələdə işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxs müəyyən olunaraq onlara birdəfəlik ödənişlərin çatdırılması həyata keçirildi. Qeyd edək ki, yenidən tətbiq olunan karantin rejimi ilə əlaqədar işsiz şəxslərə dəstək məqsədilə yardım paketinin verilməsi də davam etdiriləcək. Bütün bunlar ölkə başçısının vətəndaşları heç bir zaman öz siyasətindən kənar qoymadığını bir daha gözlər önünə sərir. Aydındır ki, pandemiya iqtisadiyyatımızdan da yan keçmir amma ölkə rəhbərliyi hansı şəraitdə olmasından asılı olmayaraq vətəndaşlarını qorumaqdan əl çəkmək niyyətində deyil.

Əfsanə Kərimova,
 Masallı Gənclər Evinin əməkdaşıшаблоны для dle 11.2
Вернуться назад