Главная > Səhiyyə > Pandemiya və Azərbaycan

Pandemiya və Azərbaycan


4-06-2021, 16:39. Разместил: yeni321
Pandemiya və Azərbaycan

     Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında çıxışında qeyd etdi ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizənin əlaqələndirilməsi də daxil olmaqla, qlobal səhiyyə sahəsində idarəçiliklə bağlı aparıcı rolunu və səylərini dəstəkləyir.
    Ölkə başçısı bildirdi ki, pandemiyanın lap ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilmişdir. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır.
    Bütün dünyada olduğu kimi ölkəmiz də bu qlobal bəladan üzü ağ çıxan ölkələrdən oldu. Baxmayaraq ki, Avropa və inkişaf etmiş digər dünya ölkələri və eləcə də biz müxtəlif çətinliklərlə üzləşdik, lakin bunlara da sinə gəlməyi bacardıq. Çətin qlobal şərait olduğu bir vaxtda Azərbaycanda nisbi sakitlik və idarəolunan pandemiya şəraitinin olmasında xalqın qoyulan pandemiya qanunlarına riayət etməyinin çox böyük payı var. Heç şübhəsiz pandemiya mühitində bütün ölkələr həmçinin, Azərbaycan bir-biri ilə əməkdaşlıq etməlidirlər.
      Belə ki, qlobal miqyası olan bu bəlaya ancaq bu cür qalib gəlmək olar. Azərbaycan yalnız müxtəlif təşkilatlar , ölkə və beynəlxalq qurumlarla birlikdə ciddi səy göstərərək, pandemiyaya qalib gələ bilər.Biz bunu artıq yoluxmuş şəxslərin tez bir zamanda müalicəsi olunaraq, sağlamlıqlarına qovuşmasında, insanların pandemiya qaydalarına ciddi riayət etməsi timsalında əminliklə görə bilərik. Və sonda yekdilliklə ümid edirik ki, Azərbaycan dünyanı öz cənginə alan bu virusdan bütün əhalini qısa bir zaman kəsiyində vaksin edərək, tez bir  zamanda xilas olacaq.
     Biz 2021-ci ilin “Səhiyyə işçiləri ili” elan edilməsini alqışlayırıq.

Səidə Hüseynova,
 Masallı Dövlət Regional Kollecinin tələbəsiшаблоны для dle 11.2
Вернуться назад