Главная > Səhiyyə > Azərbaycanda səhiyyənin təkmilləşdirilməsi strateji istiqamət kimi
Azərbaycanda səhiyyənin təkmilləşdirilməsi strateji istiqamət kimi23-06-2021, 08:12. Разместил: yeni321 |
Azərbaycanda səhiyyənin təkmilləşdirilməsi strateji istiqamət kimi Sağlamlıq cəmiyyətin sərvəti, dövlətin gələcəyinin təminatıdır. Xoş səhhətlə xalqımızın, millətimizin xeyrinə fəaliyyət göstərə bilərik. Məhz bu səbəbdəndir ki, dünya dövlətlərinin siyasətində əsas güc strukturu və strateji istiqamət kimi təhsilin inkişafı və səhiyyənin təkmilləşdirilməsi xüsusi yer tutur. COVID-19 ilə mübarizədə, başqa ölkələrlə müqayisədə Azərbaycanda sanitar-epidemioloji vəziyyət qənaətbəxşdir. Yoluxma və ölüm sayındakı göstəricilərin aşağı olması, karantin və gigiyena qaydalarına ciddi yanaşma və s. qabaqlayıcı tədbirlər bunu deməyə əsas verir. Buna rəğmən bir çox inkişaf etmiş ölkələr belə epidemik yoluxmanın qarşısını ala bilmir. Azərbaycanda Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları ilə məhdudiyyətlərə - istər idarə və təşkilatlarda, təhsil müəssisələrində, istərsə də digər kütləvi tədbirlərin keçirilməsində xəstəliyin geniş vüsət almamasından ötrü bütün lazımi qaydalara ciddi əməl olundu. Gözəgörünməz düşmənlə mübarizədə Respublika Prezidenti cənab İlham Əliyevin sağlamlığımızın qorunması yönümündə məqsədyönlü strategiyası təqdir edildi, digər ölkələrə nümunə göstərildi. Dövlətimizin başçısının 19 mart 2020-ci il tarixli sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondun yaradıldı. Bu da infeksiyanın yayılmasının qarşısının alınmasına əhəmiyyətli təsir göstərdi. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün müasir tibbi laboratoriyalar alındı, yeni tibb müəssisələri açıldı, modul tipli xəstəxanalar quraşdırıldı. Ölkə səhiyyəçiləri dövlət tərəfindən qayğı ilə əhatə olunurlar. Həkimlərin, tibb işçilərinin peşəkar hazırlığı məsələlərinə xüsusi diqqət yetirilir. Pandemiya ilə əlaqədar onlara qayğı artıb. İş yerləri müasirləşdirilib, tibb işçilərinin maliyyə vəziyyəti yaxşılaşdırılıb. Mərkəzi şəhərlərlə yanaşı, hər bölgədə müasir tibb müəssisələri şəbəkəsi yaradılıb və səhiyyə ocaqlarının bütünlüklə yenilənmə prosesi davam etdirilir. Son illər ölkəmizdə səhiyyə sahəsində aparılan islahatların ən böyük uğurlarından biri icbari tibbi sığortanın tətbiqinə başlanması oldu… Koronavirus xəstəliyinin geniş vüsət almasına, vəziyyətin nəzarətdən çıxmasına imkan verilmədi. Təbii ki, hazırkı müsbət dinamika davam edərsə və xəstələrin sayında artım olmazsa, yumşalma tədbirləri davam etdiriləcək. Respublikamızda qlobal təhlükənin əhaliyə təsirini minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirilir. Məqsəd ölkə vətəndaşlarının sağlamlığını qorumaqdır. Bu müsbət ardıcıllığı davam etdirməklə normal həyata qayıtmaq əzmindəyik. Sülhiyyə TAĞIZADƏ, AJB-nin üzvü. Вернуться назад |