Главная > Səhiyyə > Masallıda şənlik mərasimində pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub

Masallıda şənlik mərasimində pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub


9-07-2021, 21:00. Разместил: yeni321

Masallıda şənlik mərasimində pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub

Qida Təhlükəsizliyi Agentliyi pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Yeniheyet.az AZƏRTAC-a istinadən xəbər verir ki, iyulun 8-də Masallı rayonunun Qəzvinoba kəndində fiziki şəxs Xəlilov Ruhi Tofiq oğluna məxsus “Məkan” şadlıq sarayında aparılan baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub. Belə ki, toy mərasiminin keçirildiyi zalın sahəsi normativ tələblərə müvafiq olaraq 128 nəfərə xidmət etmək üçün uyğun olduğu halda, 150 nəfərlik şənlik mərasiminin keçirilməsi üçün müvafiq portala rəsmi müraciət edilib və baxış zamanı şənlik mərasiminin 270-dən artıq şəxsin iştirakı üçün nəzərdə tutulduğu müəyyən olunub.
Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Faktla bağlı inzibati protokol tərtib olunub və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.шаблоны для dle 11.2
Вернуться назад