Главная > Səhiyyə > Masallıda karantin qaydalarını pozan şadlıq sarayları aşkarlanıb

Masallıda karantin qaydalarını pozan şadlıq sarayları aşkarlanıb


20-07-2021, 15:53. Разместил: yeni321
Masallıda karantin qaydalarını pozan şadlıq sarayları aşkarlanıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində bəzi şadlıq saraylarında təşkil olunan toy mərasimləri zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallıdakı “Lanur” şadlıq sarayında keçirilən toy mərasimində icazə verilən həddən artıq sayda qonağın iştirak etməsi müəyyən olunub.
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə barələrində protokol tərtib edilməklə həmin şadlıq sarayının inzibatçısı 4000 manat, toy mərasiminin təşkilatçısı isə 400 manat məbləğində cərimə olunublar.
Bundan əlavə, rayon ərazisində yerləşən “Qızılağac” şadlıq sarayında və “Yeni Dünya” restoranında aparılan yoxlamalar zamanı təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, icazə verilən saydan artıq qonağın iştirak etməsi müəyyən olunub.
Yol verilən qayda pozuntuları ilə bağlı obyektlərin sahibləri və toy təşkilatçıları barəsində qanunamüvafiq tədbirlər görülüb. AZƏRTAC.шаблоны для dle 11.2
Вернуться назад