Главная > Səhiyyə > COVİD-19 pandemiyasına qarşı Azərbaycanda həyata keçirilən vaksinasiya

COVİD-19 pandemiyasına qarşı Azərbaycanda həyata keçirilən vaksinasiya


30-07-2021, 11:43. Разместил: yeni321
COVİD-19 pandemiyasına qarşı Azərbaycanda həyata keçirilən vaksinasiya 

         Bütün dünyanı cənginə alan COVİD-19 pandemiyasına qarşı mübarizə bu gün daha qlobal məsələyə çevrilmişdir. Pamdemiyaya qalib gəlmək üçün qlobal həmrəylik strateji əhəmiyyət kəsb edir. Pandemiyanın iqtisadiyyata mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlər görülmüş və əhali arasında bununla bağlı geniş maarifləndirmə işləri aparılmışdır. Artıq bir ildən coxdur ki, ölkə əhalisinin vaksinasiya prosesinə başlanılmışdır. Azərbaycan Respublikasının vaksinasiya ilə bağlı xüsusi strategiyası hazırlanmış, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası” qəbul olunmuşdur. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verməkdədir. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhaliyə 4 növ vaksin seçimi verilmişdir. Onların hər biri effektiv və təhlükəsizdir.
        İnanırıq ki, “Biz birlikdə güclüyük” şüarı ilə pandemiyaya qarşı mübarizədə çətinlik arxada qalacaq, İlham Əliyevin rəhbərliyi ilə xalqımız bu gözəgörünməz düşmənə qarşı mübarizədə qalib gələcəkdir.

Məlahət Bağırova,
Masallı rayonu,
 Çaxırlı kənd sakiniшаблоны для dle 11.2
Вернуться назад