Главная > Səhiyyə > Peyvənd sertifikatı

Peyvənd sertifikatı


30-07-2021, 11:46. Разместил: yeni321
                                              Peyvənd sertifikatı
 
        Peyvənd pasportlarının tətbiqinin nəsillər arasında fikir ayrılıqları yaratması ehtimalı da böyükdür. Əksər ölkələr birinci növbədə yaşlı nəslin nümayəndələrini peyvənd edirlər. Belə ki, ötən il bir çox gənc yaşlıları qorumaq məqsədilə öz həyatlarını məhdudlaşdırmaq məcburiyyətində qalmışdı. Zəif immunitetə malik və ya sağlamlığı ilə bağlı problemləri olan insanların peyvənd oluna bilməməsi də həmin insanların öz hüquqlarını məhdudlaşdırılması kimi başa düşülə bilər. Pasportlar geniş şəkildə tətbiq olunarsa, bəziləri peyvəndolunma məcburiyyətində qaldıqlarını və onların seçim azadlığının pozulduqlarını hiss edə bilər.
      Böyük Britaniyada son zamanlarda aparılan araşdırmanın nəticələrinə görə ingilislərin üçdə ikisindən çoxu koronavirusa qarşı peyvənd pasportlarının tətbiqini qəbul edəcəklərini söyləyiblər. Bu, təəccüblü dərəcədə yüksək bir rəqəm kimi görünsə də, insanların narahatlıqlarından asılı olmayaraq onların karantində kəskin məhdudiyyətlərin tətbiq olunduğu bir şəraitdə yaşaması və bu şəraitə dözümlülük göstərməsi, o cümlədən bütün bunların iqtisadi cəhətdən baha başa gəlməsi o qədər çətindir ki, azacıq aralanmış qapı belə parlaq bir ümid şüasına bənzəyir.
          Mayın 6-da təşkil olunan virtual tədbirin məqsədi Elektron səhiyyə şəbəkəsinin altı Şərqi tərəfdaşlıq ölkəsindən olan nümayəndələrini bir araya gətirmək və onları COVID-19 pandemiyasının idarə edilməsi ilə bağlı yeni texnoloji həllərlə, onların hazırlanmasında elektron səhiyyənin əhəmiyyəti və pandemiya ilə mübarizə üzrə digər tədbirlərlə tanış etməkdir.
Rəqəmsal Yaşıl Sertifikat, sertifikatı verməyə cavabdeh olan üzv dövlətlər ilə birgə COVID-19 pandemiyası dövründə vətəndaşların Aİ daxilində təhlükəsiz sərbəst hərəkətini asanlaşdırmağı nəzərdə tutur. Məsələn, xəstəxanalar, test mərkəzləri və ya səhiyyə ocaqları tərəfindən verilə bilər. Sertifikatın rəqəmsal versiyası mobil cihazda əlçatan olacaq, lakin vətəndaşlar ehtiyac olduqda kağız versiyasını da tələb edə bilərlər. Hər ikisində əsas məlumatları ehtiva edən QR kod və sertifikatın həqiqiliyinə əmin olmaq üçün rəqəmsal möhür olacaq. Avropa Komissiyası, Rəqəmsal Yaşıl Sertifikatın aşağıdakılar üçün sərbəst hərəkəti asanlaşdırdığını izah edib:
  • COVID-19 virusuna qarşı peyvənd olunan şəxslər,
  • Testin cavabı neqativ olan şəxslər və ya
  • COVID-19 virusuna yoluxaraq sağalan şəxslər.
Gələcəkdə Avropa Komissiyası Rəqəmsal Yaşıl Sertifikatın təsdiqlənməsini asanlaşdıracaq rəqəmsal infrastrukturun qurulmasını planlaşdırır. 2021-ci ilin yayına qədər Aİ-yə üzv olan bütün dövlətlərdə sertifikatların tam fəaliyyət göstərməsi gözlənilir.
  Tədbirin ikinci hissəsində EU4Digital Proqramın Elektron səhiyyə şəbəkəsinin nümayəndələri Aİ-nin COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri, peyvənd prosesini dəstəkləmə təcrübəsi və elektron səhiyyənin rolu barədə təqdimatla çıxış ediblər. COVID-19 virusuna qarşı mübarizə tədbirlərini istiqamətləndirmək üçün Avropa Komissiyası COVID-19 virusuna qarşı peyvəndlərin hazırlanmasını, istehsalını və yerləşdirilməsini sürətləndirmək məqsədilə keçən ilin iyun ayında Aİ-nin Peyvənd Strategiyasını təqdim edib. Virusa qarşı dörd peyvənd Aİ-də istifadə üçün təsdiq edilmişdir. Avropa Komissiyası tərəfindən 2021-ci ilin yayına qədər peyvənd olunacaq yetkin əhalinin azı 70%-i üçün peyvəndləmə üzrə hədəflərə çatmaq üçün peyvənd kampaniyalarının təsirli və səmərəli şəkildə aparılması tələb olunur. Elektron səhiyyə şəbəkəsinin nümayəndələri həmçinin Avropa ölkələrinin peyvəndlərin çatdırılması və vurulması ilə bağlı problemləri necə həll etdiyinə dair bir neçə nümunə təqdim ediblər. Məsələn, bəzi Aİ ölkələri kütləvi peyvəndləmə prosesinin ümumimilikdə idarə olunması məqsədilə İT platformaları təqdim etmiş, digərləri isə peyvəndlərin tətbiqi/qeydiyyat sistemlərini işləyib hazırlayıblar.
   Peyvənd pasportlarının tətbiqinin nəsillər arasında fikir ayrılıqları yaratması ehtimalı da böyükdür. Əksər ölkələr birinci növbədə yaşlı nəslin nümayəndələrini peyvənd edirlər. Belə ki, ötən il bir çox gənc yaşlıları qorumaq məqsədilə öz həyatlarını məhdudlaşdırmaq məcburiyyətində qalmışdı. Zəif immunitetə malik və ya sağlamlığı ilə bağlı problemləri olan insanların peyvənd oluna bilməməsi də həmin insanların öz hüquqlarını məhdudlaşdırılması kimi başa düşülə bilər. Pasportlar geniş şəkildə tətbiq olunarsa, bəziləri peyvəndolunma məcburiyyətində qaldıqlarını və onların seçim azadlığının pozulduqlarını hiss edə bilər.
    Böyük Britaniyada son zamanlarda aparılan araşdırmanın nəticələrinə görə ingilislərin üçdə ikisindən çoxu koronavirusa qarşı peyvənd pasportlarının tətbiqini qəbul edəcəklərini söyləyiblər. Bu, təəccüblü dərəcədə yüksək bir rəqəm kimi görünsə də, insanların narahatlıqlarından asılı olmayaraq onların karantində kəskin məhdudiyyətlərin tətbiq olunduğu bir şəraitdə yaşaması və bu şəraitə dözümlülük göstərməsi, o cümlədən bütün bunların iqtisadi cəhətdən baha başa gəlməsi o qədər çətindir ki, azacıq aralanmış qapı belə parlaq bir ümid şüasına bənzəyir.
 
Ülvi Rufullayev,
 Masallı rayonu,
 Binə Xocavar kəndiшаблоны для dle 11.2
Вернуться назад