Главная > Səhiyyə > Həm özümüzü, həm də ətrafımızdakıları təhlükə ilə üz-üzə qoymamaq üçün peyvənd olunaq

Həm özümüzü, həm də ətrafımızdakıları təhlükə ilə üz-üzə qoymamaq üçün peyvənd olunaq


18-10-2021, 13:20. Разместил: yeni321
Həm özümüzü, həm də ətrafımızdakıları təhlükə ilə üz-üzə qoymamaq üçün peyvənd olunaq

        “COVID-19” pandemiyasından əvvəl yaşadığımız həyatın geri qayıtması üçün edə biləcəyimiz ən vacib işlərdən biri vaksinasiyadır.
   Pandemiyanın fəsadları bütün yaşlarda olan insanlara təsir edə bilər. COVİD-19 virusuna gənc və sağlam insanlar da yoluxur. Gənclər xəstəliyi simtomsuz və yungül keçirsələr də, ətraflarında olan digər insanları yoluxdura bilərlər. Vaksinasiya olumayan şəxslərin kütləvi tədbirlərdə iştirakı insanların həyatını təhlükə altına qoyur. Məsuliyyətsiz addımlar cəmiyyətin gələcəyini təhlükə altına qoyur, görülmüş və sərf olunmuş vəsaiti heçə endirir.
     Yoluxma ilə bağlı beynəlxalq statistika artıq təkrar vaksinasiya olunmanın zəruriliyini isbat edir. Ona görə də buster dozasının alınması sürətləndiriloməlidir. Müstəlif xarici ölkələrdə də artıq buster dozasının vurulmasına başlanılıb.
    Ölkəmizin bütün regionlarında olduğu kimi, Masallı rayonunda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022 – ci illər üçün Vaksinasiya Strategiyası” na uyğun olaraq COVİD-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.
     Pandemiya elə bir təhlükədir ki, ondan xilas olmağın yeganə yolu vaksinasiya olumaqdır. Əvvəla, bununla özümüzü, ilk növbədə , yoluxmaq  təhlükəsindən qoruyuruq, yoluxacağımız təqdirdə isə , onun yüngül keçməsini təmin etmiş oluruq. Bir sözlə , heç bir tərəddüd etmədən peyvənd olunmaq lazımdır.
       
 Məhbubə Ağayeva,
 Masallı rayon Mərkəzi Xəstəxanasının tibb bacısıшаблоны для dle 11.2
Вернуться назад