Главная > Səhiyyə > Azərbaycanda son sutkada 116 nəfər COVID-ə yoluxub, 4 nəfər vəfat edib
Azərbaycanda son sutkada 116 nəfər COVID-ə yoluxub, 4 nəfər vəfat edib20-03-2022, 09:21. Разместил: admin44 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 116 yeni yoluxma faktı qeydə alınıb, 235 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 791 404 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 771 nəfər müalicə olunaraq sağalıb, 9 651 nəfər vəfat edib, aktiv xəstə sayı 982 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 144, ötən müddət ərzində isə ümumilikdə 6 662 084 test aparılıb. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |