Главная > Səhiyyə > Martın 23-də Azərbaycanda COVID-19 əleyhinə 7 min dozaya yaxın vaksin vurulub

Martın 23-də Azərbaycanda COVID-19 əleyhinə 7 min dozaya yaxın vaksin vurulub


23-03-2022, 19:11. Разместил: admin44

Martın 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 6999 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 333, ikinci doza 781, üç və daha çox doza 5542, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 343-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 375 min 580, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 319 min 726, ikinci mərhələ üzrə 4 milyon 815 min 285, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 15 min 906, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 224 min 663-dür.

"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад