Главная > Səhiyyə > Ölkədə peyvənd olunanların sayı məlum oldu

Ölkədə peyvənd olunanların sayı məlum oldu


29-03-2022, 11:34. Разместил: admin44

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 155 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 138, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 406 075, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 321 396, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 818 801, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 039 521, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 226 357 nəfər təşkil edir.

"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад