Главная > Səhiyyə > Azərbaycanda 4 gündür COVID-19-dan ölüm qeydə alınmır
Azərbaycanda 4 gündür COVID-19-dan ölüm qeydə alınmır11-04-2022, 17:09. Разместил: admin44 |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb. Bu barədə 525.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 792 253 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 351 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib, aktiv xəstə sayı 199 nəfərdir. Ölkədə son sutka ərzində 2 624, hazırkı dövrədək isə 6 746 085 test aparılıb. Qeyd edək ki, Operativ Qərargahın gündəlik açıqladığı statistikaya əsasən, 8, 9 və 10 aprel tarixləri üzrə də ölkədə koronavirusdan ölüm qeyd alınmayıb. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |