Главная > Səhiyyə > Masallıda kütləvi tibbi müayinə başlandı

Masallıda kütləvi tibbi müayinə başlandı


12-02-2018, 16:53. Разместил: yeni321
  Masallıda kütləvi tibbi müayinə başlandı

Bu gün respublikamızın hər yerində olduğu kimi Masallıda da əhalinin növbəti - fevralın 12-dən mayın 12-dək kütləvi pulsuz tibbi müayinəsinə başlanmışdır. Mərkəzi xəstəxananın tibb personalı bu işin öhdəsindən layiqincə gəlməyə səy edir. Onlar müayinəyə gələn insanları diqqətlə dinləyir, məsləhət verir və lazımi qeydlər edirlər. Bu xeyirxah tədbir sakinlər tərəfindən razılıqla qarşılanıb. Şəhər məktəblərinin pedaqoji kollektivləri ilk olaraq müayinədən keçdi. Səhiyyə işçilərinin səhhəti müayinə edildi. Jurnalistlərlə söhbətində Masallı Rayon Mərkəzi Xəıstəxanasının həkimləri bildirdi ki, hazırkı aksiya vacibdir, faydalıdır və xeyirlidir. Masallıda sakinlərin tibbi müayinəsinə həmişə diqqət yetirirlib və biz istəyirik ki, həmişə belə olsun. Ölkənin hər yerində səhiyyə sahəsində aparılan islahatlar, Prezident cənab İlham Əliyevin tapşırığı əsasında ölkə vətəndaşlarının pulsuz tibbi müayinəsi işi bizdə də davam edir. Xəstəxana təzə təmir edilmiş, bütün müasir və lazımi avadanlıqla təchiz edilmişdir. Çalışırıq ki, rayonda tibbi xidmət yaxşı olsun, müasir səviyyəyə qaldırılsın. Son illər bu vacib sahədə görülən işlər diqqətəlayiqdir. Prezident cənab İlham Əliyevin tapşırığı ilə həyata keçirilən bu kampaniya genefondumuzun qorunmasına, eləcə də ölkə vətəndaşlarının sağlamlığının qorunmasına xidmət edir.
İnsanlar öz sağlamlığı barədə məlumat əldə etmək üçün axın-axın gəlir, həkim müayinəsindən keçirlər. Gün ərzində 1621 nəfər tibbi müayinədən keçir. Vətəndaş qeydiyyata düşdükdən sonra terapevt tərəfindən yoxlanılır, sonra laborator, elektrokardioqrafiya, ultrasəs və rentgen müayinəsindən keçir. Fiziki imkanları məhdud, ahıl insanların müayinəsi isə səyyar həkim briqadası tərəfindən yerinə yetirilir. Lazım gəldikdə pulsuz müayinə kənddə də aparılır. Qeyd edək ki, bundan əlavə Kalinovka kənd və Boradigah qəsəbə xəstəxanasında da müayinə keçiriləcəkdir.
 
Aksiyaya rayonun bütün sakinlərinin cəlb olunması nəzərdə tutulur. Yaş məhdudiyyəti yoxdur. Masallı RİH-dən məlumat verib bildirildi ki, xüsusi komissiya və qərargah müayinənin gedişinə operativ nəzarət edir, əlaqə saxlayır, aksiyada mütəşəkkil qaydada iştirak edir. Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən bu vacib və humanitar kampaniyanın rayonumuzda da yüksək səviyyədə olmasını izləyirik. Masallının tibb kollektivi bu işdə nöqsansız və şəffafdır.
 
Masallı RMX-nın baş həkimi Cəlil Nəzərov jurnalistlərə danışdı ki, bugünkü aksiya onu göstərir ki, sağlamlığın qorunması Azərbaycan dövlətinin əsas hədəfidir. İllərlə həkimə gəlməyənlər indi müayinələrə cəlb olunur, həkimlərə müraciət edirlər. Əsas məqsədimiz xəstəlikləri aşkarlamaq və sahibinə bildirməkdir.
 
Tibbi müayinədən keçənlər şəraitdən, işin təşkilindən razı qaldıqlarını, göstərilən yüksək diqqət və qayğıya, sağlamlığı barədə məlumat əldə etdiyinə görə Prezident İlham Əliyevin bu humanist addımına minnətdarlıq bildirirlər.

Yeni həyat”,
 
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад