Главная > Səhiyyə > Paytaxtda aptek sahibi həbs edilib

Paytaxtda aptek sahibi həbs edilib


12-02-2018, 17:50. Разместил: yeni321
 

Paytaxtda aptek sahibi həbs edilib

Paytaxtda fəaliyyət göstərən bəzi apteklərdə güclü təsir edən dərmanların qanunsuz satılması barədə paytaxt sakinlərinin müraciəti Bakı Şəhər Prokurorluğunda araşdırılıb.

www.yeniheyet.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Şəhər Prokurorluğunun məlumatında bildirilir ki, araşdırma zamanı “Çinar Pharmaceuticals” MMC-yə məxsus Bakı şəhərinin Nəsimi rayonunun Asif Məhərrəmov küçəsi 11a saylı ünvanda fəaliyyət göstərən aptekdə işləyən satıcıların 2018-ci il fevralın 5-də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən “Contramal 150 SR (Tramadol HCl 150 mq)” adlı dərman preparatının həkim resepti olmadan 50 həbini 75 manata qanunsuz satmaları müəyyən edildiyindən Bakı Şəhər Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 240.2.2-ci (təkrarən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması şəhər prokurorluğunun istintaq idarəsinə tapşırılıb.
İstintaq zamanı qeyd edilən aptekdə Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə müvafiq məhkəmə qərarı əsasında axtarış həyata keçirilib. Axtarış zamanı narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan tərkibində güclü təsir edici maddələr olan - hər birində 10 həb olmaqla 200 konvalyutda “Contramal 150 SR”, dövlət qeydiyyatı olmayan 7 adda - bir qutu “Benzilbenzoat”, bir qutu “Chondrocsil GEL 100 ml”, üç qutu “MGK Baralqin № 100”, 1,5 qutu “Silentex N 30”, bir qutu “İmunitex N 30”, 21 konvalyut “Mukaltin 50 mq № 10”, 22 konvalyut “Dimedrol 50 mq № 10”, sertifikatı olmayan 13 adda - beş qutu “Bonaksim 1 qr N 1”, “Auqmentin suspenzia 70 ml № 1”, bir qutu “Amitriptilin 25 mq № 50”, iki qutu “Nirofen 200 mq N 24”, bir qutu “Uprofloksain 02 faiz 100 ml № 1”, 7 konvalyut Difenin 117 mq № 10”, bir qutu “Dilatrent 12,5 mq № 30”, bir qutu "Triamzur Kompozitum 37,5 mq № 50", iki qutu “Korinfar 10 mq № 100”, üç qutu “Validol 50 mq № 40”, bir qutu “Preduktal MR 35 mq № 60”, bir qutu “Streptosit 5 faiz 30 q Liniment” və beş qutu "Nurofen S 3x 100 ml № 1" adlı dərman preparatları aşkarlanaraq götürülüb.
Qeyd edilən aptekin sahibi olmaqla həmin aptekə faktiki rəhbərlik edən Qasımov Natiq İdris oğlu cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılmaqla müdafiəçinin iştirakı ilə dindirilib.
N.Qasımov iş üzrə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 240.3.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda güclü təsir edən maddələrin qanunsuz dövriyyəsində iştirak edən digər şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.шаблоны для dle 11.2
Вернуться назад