Главная > Səhiyyə > Masallı Rayon Mərkəzi Xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verildi

Masallı Rayon Mərkəzi Xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verildi


16-11-2017, 20:05. Разместил: yeni321
Masallı Rayon Mərkəzi Xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verildi


Oktyabrın 19-da Masallı Rayon Mərkəzi Xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilib.
Bu münasibətlə keçirilən tədbirdə səhiyyə naziri Oqtay Şirəliyev, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov iştirak ediblər.
Rayonun tibb işçilərini əlamətdar hadisə münasibətilə təbrik edən nazir Oqtay Şirəliyev ölkəmizdə səhiyyənin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və səhiyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb.
Bildirilib ki, Masallı Rayon Mərkəzi Xəstəxanası Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunub.
Sonra səhiyyə işçiləri çıxış edərək, insanların sağlamlığının qayğısına qalan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı məlumat verilib ki, əsaslı təmir işlərinə 2013-cü ilin avqust ayında başlanılıb. 1986-cı ildə 5,70 hektar ərazidə inşa edilmiş tibb ocağı 10 korpusdan ibarətdir. Bura uşaq xəstəlikləri, yoluxucu xəstəliklər, təcili yardım məntəqəsi, təsərrüfat, mətbəx korpusları, habelə Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Masallı rayon şöbəsinin korpusu, Səhiyyə Nazirliyi Təcili Tibbi Yardım Stansiyasının Masallı Regional Məntəqəsinin korpusları daxildir. 206 həkim, 454 orta tibb işçisi, 326 kiçik tibb işçisi olmaqla, ümumilikdə, xəstəxanada 986 tibb işçisi çalışır. Tibb müəssisəsi 223 min əhaliyə lazımi tibbi xidmət göstərəcək.
Xəstəxana keyfiyyətli tibbi xidmət göstərilməsi üçün bütün avadanlıqlarla, tibbi preparatlarla tam təmin olunub. Belə ki, KT, müasir rentgen, flüoroqrafiya, USM müayinə, exokardioqrafiya, hemodializ və ən müasir süni tənəffüs aparatları, cərrahiyyə stolları, yenidoğulmuşların reanimasiya otağında müasir tibbi avadanlıqlar, stomatoloji avadanlıqlar, elektrik sorucular, travmatoloji xəstələrin müayinə və müalicəsi üçün hərəkətli rentgen aparatı və s. tibbi avadanlıqlar xəstələrə yüksək səviyyədə tibbi yardım göstərməyə imkan verəcək.
Tibb müəssisəsinin ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.
 шаблоны для dle 11.2
Вернуться назад