Главная > Səhiyyə > Masallı rayon İcra hakimiyyətinin başçısı Mərkəzi Xəstəxanada olub

Masallı rayon İcra hakimiyyətinin başçısı Mərkəzi Xəstəxanada olub


23-03-2018, 16:37. Разместил: yeni321


 

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Mərkəzi Xəstəxanada


Martın 21-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov Mərkəzi Rayon Xəstəxanasına gəlmiş, səhiyyə ocağındakı xəstələri və tibb işçilərini Novruz bayramı münasibətilə təbrik etmişdir.
O, demişdir ki, dövlətimiz tərəfindən insanların sağlamlığının qorunmasına hərtərəfli qayğı göstərilir. Masallıda tibb işçilərinin fəaliyyəti, xəstələrin müayinə və müalicəsi üçün lazımi şərait yaradılmışdır. Göstərilən dövlət qayğısının müqabilində kollektiv öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, xəstələrin müalicəsinə və qidalanmasına diqqət artırılmalıdır. Bununla yanaşı, həkim və tibb işçiləri mütəmadi olaraq əhali arasında maarifləndirmə işləri aparmalı, xəstəliklərin vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə profilaktiki tədbirlər görülməlidir.

 

Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Cəlil Nəzərov məlumat verərək bildirmişdir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən bu ilin fevralın 12-dən mayın 12-dək davam edəcək humanitar aksiyada Masallı rayonunun 200 mindən çox sakini tibbi müayinələrə cəlb olunacaq. Xəstələr vaxtında tibbi müayinədən keçirlər. İnsanların sağlamlığının qorunmasına xidmət edən tibbi müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə rayonda xüsusi komissiya və yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları yaradılıb. Humanitar aksiya paralel olaraq Kalinovka kənd və Boradigah qəsəbə xəstəxanalarında da təşkil olunub.

 


Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov dializ xəstələrinin səhhəti və onların müalicəsi ilə maraqlanmışdır. Rayon rəhbəri həmçinin xalqımızın ən əziz günü olan Novruz bayramı münasibətilə onların hər birini təbrik etmiş, tezliklə sağalmağı arzu etmişdir.

 
R.Hüseynov dializ xəstələrinin müalicəsinə ciddi diqqət yetirilməsi barədə müvafiq tapşırıqlar vermişdir.
Qeyd edək ki, dializ xəstələri üçün yaradılan şərait Masallıda təzədir, yaxın vaxtlarda fəaliyyətə başlayıb. Əvvəllər onlar məcburiyyət üzündən Masallıdan ya qonşu rayonlara, ya da ki, Bakıya üz tuturdular. Xəstələr yaradılan şəraitdən və işin təşkilindən razı qaldıqlarını qeyd edərək, insanların sağlamlığının qayğısına qalan Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd olunmuşdur ki, binada əsaslı təmir işləri aparılmış, su və istilik sistemləri yenilənmiş, xəstələrin məişət şəraiti yaxşılaşdırılmışdır. Səhiyyə ocağının lazımi dərman preparatları və tibbi avadanlıqla təchizatı müalicə işinin tələb olunan səviyyədə həyata keçirilməsinə imkan verir.

 
 
Yeni həyat”,
 
www.yeniheyet.az 

шаблоны для dle 11.2
Вернуться назад