Главная > Səhiyyə > Masallı Rayon Mərkəzi Xəstəxanasında mürəkkəb uroloji əməliyyatların uğurlu icrası

Masallı Rayon Mərkəzi Xəstəxanasında mürəkkəb uroloji əməliyyatların uğurlu icrası


17-04-2018, 12:15. Разместил: yeni321
 
Masallı Rayon Mərkəzi Xəstəxanasında mürəkkəb uroloji əməliyyatların uğurlu icrası
 
Aprelin 16-da Masallı Rayon Mərkəzi Xəstəxanasında mürəkkəb uroloji əməliyyat keçirildi.
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov bildirdi ki, cərrahi əməliyyat prostat vəzinin adenoması diaqnozu ilə xəstəxanaya müraciət edən 73 yaşlı xəstə üzərində aparılıb.
Əməliyyatdan sonra həmyerlimiz, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının professoru, tibb elmləri doktoru Əlimərdan Baxışovla görüşdük. Professor məlumat verdi ki, xəstədə prostat vəzin ölçüləri çox böyük olduğundan açıq əməliyyat aparıldı. Buna rəğmən sidik kisəsindən birmərhələli adenomektaniya əməliyyatı uğurlu alındı.
Öyrəndik ki, bir saat ərzində fəsadsız ötüşən əməliyyatdan sonra xəstə - Biləsuvar rayonunun Bağbanlar kənd sakini Elxan Bəbir oğlu Əzimov hazırda özünü yaxşı hiss edir.
RMX-nın baş həkimi C.Nəzərov diqqətə çatdırdı ki, professor Bağışov ən mürəkkəb uroloji əməliyyatları – böyrəyin mərcanvari daşlarının anatrofik yolla xaric edilməsi, böyrəklərin və böyrəküstü vəzilərin xəstəlikləri zamanı orqansaxlayıcı və radikal əməliyyatlar, sidik axarlarında, sidiklikdə və kişi cinsiyyət üzvlərində müasir əməliyyatları uğurla icra edir.
 
Məlumat üçün bildirək ki, Avropa Uroloqlar Assosiasiyasnıın və Sidik Saxlanmazlığı problemləri üzrə Beynəlxalq Təşkilatın, eləcə də ATU-nun nəznində elmi və müdafiə şurasının üzvü Əlimərdan Aşur oğlu Baxışov rayonumuzun Tüklə kəndində anadan olub (9.04.1958).
1986-cı ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini adlı təqaüdlə bitirmiş və Urologiya kafedrasında elmi işçi kimi saxlanmışdır. 1992-ci ildə bu kafedranın nəzdində aspiranturanı bitirərək  namizədlik dissertasiyasını müdafiə etmiş və Rusiya AAK-nın qərarı ilə Tibb Elmləri namizədi alimlik dərəcəsini almışdır. Həmin ildə urologiya kafedrasının assistenti, 1997-ci ildə dosent, 2017-ci ildə kafedranın professoru təyin olunmuşdur.
2008-cu ildə doktorluq dissertasiyasını müdafiə etmiş, elmi tədqiqat işlərini Rusiya Hərbi Tibb Akademiyasının Urologiya kafedrası və klinikasında aparmışdır. 2009-cu ildə tibb üzrə elmlər doktoru adını almışdır.
Elmi-praktik fəaliyyəti operativ urologiya və uroginekologiyanın müxtəlif problemlərini əhatə edir. Ə. Bağışovun apardığı elmi işlərin nəticəsi olaraq Azərbaycanda ilk dəfə sidiyin stress saxlanmazlığı zamanı daha yeni və effektli sayılan əməliyyat növü - TVT əməliyyatı həyata keçirilmişdir.
Elmi praktiki fəaliyyəti urologiya və uroginekologiyanın müxtəlif sahələrini əhatə edir. O, uroloji praktikada çox tətbiq edilən, endouretral müdaxilələr zamanı intrasponqioz anesteziya metodunu, sidik-cinsiyyət fistulları zamanı yeni fistuloqrafiya üsulunu təklif etmişdir. Sidik yollarının zədələnmələrinin cərrahi müalicəsində praktiki və elmi işləri diqqətə layiqdir.
Tanınmış həkim-uroloq Ə.Baxışov Masallı RMX-da olduğu müddət ərzində bir neçə xəstəni müayinə edib, məsləhət və tövsiyələrini verib.

  Akif AĞAYEV.
Yeni həyat”,
 
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад