• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub

    Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub



    Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub

    Yeniheyet.az president.az-a istinadən xəbər verir ki, sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşü olub.
    Dövlətimizin başçısı Monqolustan Prezidentini qarşıladı.
    Sonra birgə foto çəkdirildi.
    Daha sonra dövlət başçılarının görüşü oldu.
    Monqolustan Prezidenti Xaltmaaqiyn BATTULQA dedi:
    -Cənab Prezident, bizim bir çox vətəndaşlarımız, xüsusilə idmançılarımız, döyüşçülərimiz Bakıdakı çempionatda iştirak edirlər. Onların hamısı böyük məmnuniyyətlə qeyd edirlər ki, ölkəniz möhtəşəm inkişaf edir. Onlar bunu öz gözləri ilə görürlər. Biz yerə enərkən təyyarədən görünürdü ki, siz çoxlu ağac əkirsiniz, çox təmiz küçələriniz var, çoxlu sayda müasir binalar, idman qurğuları inşa edilib. Bütün bunlar daha çox gənclərin idmana yiyələnmələri üçündür və bu, böyüyən nəslin tərbiyəsinə müsbət təsir göstərir.
    Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
    -Cənab Prezident, Sizi görməyimə çox şadam. Azərbaycana xoş gəlmisiniz.
    Seçkilərdə qələbə münasibətilə məni təbrik etmək üçün zəng vuranda söhbət zamanı biz Bakıda görüşməklə bağlı razılığa gəldik. Mən Sizi dəvət etdim. Şadam ki, Siz Bakıya gəlmisiniz. Siz tanınmış cüdoçusunuz, buna görə də yarışları izləmək Sizin üçün maraqlı olacaq.
    Bu görüş bizim ikitərəfli gündəliyimizi, əməkdaşlığımızı gücləndirmək, o cümlədən idman sahəsində qarşılıqlı fəaliyyəti inkişaf etdirməklə bağlı bir çox məsələlərə dair fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir. Siz qeyd etdiniz ki, burada çox idman qurğuları var. Bu, belədir. Biz son zamanlar çoxlu idman obyektləri, stadionlar inşa etmişik və nəticələr çox yaxşıdır. Bizim idmançılarımız Rio de Janeyrodakı Olimpiadada 18 medal qazanıblar və idmanın bir çox növlərində, o cümlədən cüdoda da yaxşı nəticələr göstərirlər. Bir daha xoş gəlmisiniz. Mən əminəm ki, Azərbaycana səfəriniz Sizin üçün xoş olacaq.
    Görüşdə iqtisadi, kənd təsərrüfatı, ticarət, investisiya, turizm, informasiya-kommunikasiya texnologiyaları, tranzit daşımalar, humanitar, təhsil, xalçaçılıq və Monqolustan tərəfinin Azərbaycan peykinin imkanlarından istifadəsi və “ASAN xidmət” təcrübəsinin bölüşülməsi ilə bağlı məsələlər müzakirə olundu.
    Söhbət zamanı, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.
    Sonda xatirə şəkli çəkdirildi.
     
     

     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:59 Prezident İlham Əliyev Lənkəran, Astara və Lerik rayonlarına səfərə gəlib
    2. 22:49 Açıq birincilkdə Masallı taekvondoçuları fərqlənib
    3. 18:39 Kitab mənim dostumdur
    4. 18:41 Masallıda yol infrastrukturu yaxşılaşır
    5. 15:18 Masallı RİH başçısının Çaxırlı ərazisində səyyar görüş-qəbulu
    6. 20:22 Xalq artisti İlham Əsgərovun xatirəsi anılacaq
    7. 16:01 Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib
    8. 13:00 Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
    9. 19:03 Yer şumlanıb, taxıl səpilir
    10. 18:45 Sitrusçuluq: cana və cibə faydalı
    11. 18:16 Prezident İlham Əliyev Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulan Azərbaycanın “Milan Ekspo 2015” Ümumdünya sərgisindəki milli pavilyonu ilə tanış olub
    12. 18:13 Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib
    13. 17:57 Masallı polisinin veteranı “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif edilib
    14. 17:43 Masallıda Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anıldı
    15. 10:31 Prezidentin mətbuat xidmətinin məlumatı
    16. 09:16 Masallılı müəllim “Tərəqqi” medalına layiq görülüb
    17. 21:37 Masallıda “5 oktyabr - Müəllimlər günü” qeyd edildi
    18. 21:18 Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Azərbaycandakı apostol nunsisinin etimadnaməsini qəbul edib
    19. 18:27 Masallı Dövlət Regional Kollecində müəllim günü ovqatı yaşandı
    20. 18:07 Masallı RİH başçısının Boradigah qəsəbə ərazisində səyyar görüş-qəbulu
    21. 16:25 Təhsil Nazirliyi Masallı rayonuna mediatur təşkil edib
    22. 21:33 Ədliyyə naziri Masallıda vətəndaşların qəbulunu keçirib
    23. 17:57 Masallıda “Qızlarımız təhsildə” layihəsi üzrə 20 məktəbdə seminarlar başa çatıb
    24. 15:28 Prezident İlham Əliyev Çexiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
    25. 13:11 1993-cü il 3 oktyabr – müstəqilliyin, sabitliyin və davamlı inkişafın təməlinin qoyulduğu gün
    26. 12:59 Açıq birincilikdə Masallı taekvondoçuları 3 bürünc medal qazanıblar
    27. 19:43 Masallıda prokurorluq işçilərinin peşə bayramı və 100 illiyi qeyd olunub
    28. 19:34 ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndə heyəti Masallıda olub
    29. 17:34 İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub
    30. 17:31 İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimdə iştirak ediblər
    31. 14:30 Masallının təsərrüfat xəbərləri
    32. 13:41 Azərbaycan, Rusiya və Monqolustan prezidentləri cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışlarına baxırlar
    33. 19:57 Prezident İlham Əliyev Milli Gimnastika Arenasında final görüşünə baxıb
    34. 19:41 Masallı RİH başçısının Xıl kəndində səyyar görüş-qəbulu
    35. 13:15 Prezident İlham Əliyev “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə xalqımızı təbrik edib
    36. 13:12 Masallıda “Breyn-rinq” intellektual bilik yarışı keçirilib
    37. 21:59 Birinci vitse-prezident Mehriban Əliyeva “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq münasibətləri” adlı konfransın açılışında iştirak edib
    38. 18:43 Prezident İlham Əliyev Xüsusi Olimpiya Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    39. 15:41 Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb
    40. 15:08 Masallıda “Mənəvi dəyərlərimiz – dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək Lənkəran şəhərində “Ekoloji Tarazlıq” Ətraflı oxu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə Ətraflı oxu
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
     Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcəkAzərbaycan Turizm və Menecment Ətraflı oxu
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
      Sağlamlığınız üçün Azərbaycana gəlin! Azərbaycan təbiətin səxavətlə bəxş etdiyi sərvətlərə malik və bir çox insanın Ətraflı oxu
    Bütün xəbərlər
    «    Oktyabr 2018    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ